Türkiyədə avtobus qəzası: "11 ölü, onlarla yaralı"

Yaralı Fotonun müəllifi Serdar Unsal
Image caption 2016-ci ildə Türkiyə boyunca 1 milyondan artıq yol-nəqliyyat hadisələrində təxminən 7 min nəfər həlak olub. (Şəkil: Arxiv)

Ankaradan Bursaya yollanan avtobusun qəzaya uğraması nəticəsində 11 nəfər ölüb, 40-dan çox insan xəsarət alıb, mətbuat xəbər verir.

Hadisə Eskişehir yaxınlığında baş verib.

Avtobusda əsasən Uludağ xizək kurortuna yollanan ailələr olub, Doğan agentliyi xəbər verir.

Qəzada yüngül xəsarət almış sürücülər saxlanılıb, araşdırma aparılır.

Rəsmi statistikaya 2016-ci ildə Türkiyə boyunca 1 milyondan artıq yol qəzası qeydə alınıb.

Yol-nəqliyyat hadisələrində təxminən 7 min nəfər həlak olub, 300 mindən artıq insan xəsarət alıb.

Əlaqəli mövzular

Bu barədə daha geniş