Vostok gəmisində itən azərbaycanlılar 46 yaşlı Mübariz Hüseynov və 27 yaşlı Ruslan Əlizadədir

Порт на Сахалине Fotonun müəllifi Yuri Smityuk/Tass
Image caption Gəmi Cənubi Koreyadan Saxalinin Xolmsk limanına yollanırdı.

Nevelsk şəhərində içərisində iki azərbaycanlının da olduğu "Vostok" gəmisi dənizə səhər saatlarında çıxıb və bundan sonra hava şəraiti pisləşib. Dənizdə dalğanın hündürlüyü 6 metrə qədər artıb.

Bunu BBC Azərbaycancaya Saxalin vilayətinin Nevelsk şəhərindəki Azərbaycan icmasının Ağsaqqallar Şurasının sədri Camalxan Kərimov deyib.

Onun sözlərinə görə, yerli qurumlar gəminin aşdığını deyirlər, amma rəsmilər gəmilərlə və helikopterlərlə axtarışları davam etdirilər.

Cənab Kərimov bildirib ki, 46 yaşlı Mübariz Hüseynov Salyan rayonundan, 27 yaşlı Ruslan Əlizadə isə Mingəçevirdəndir.

Camalxan Kərimovun sözlərinə görə, Ruslan Əlizadənin ailəsini yaxından tanıyır. "Onlar üzün müddətdir ki, balıqçılağla məşğuldurlar", o deyib.

Saxalində müstəntiqlər "Vostok" adlı Rusiya balıqçı gəmisi itkin düşəndən sonra istintaqa başlayıb.

Gəmidə 21 nəfər olub, onlardan iki nəfər azərbaycanlı Rusiya vətəndaşıdır.

Bunu BBC Azərbaycancaya Saxalin vilayətinin diaspora təşkilatının sədri Nazir Hətəmov deyib. Onun sözlərinə görə, hazırda Saxalin vilayətində hava şəraiti çox pisdir.

Gəmi Cənubi Koreyadan Saxalinin Xolmsk limanına yollanırdı.

Əlaqəli mövzular

Bu barədə daha geniş