Türk Təbiblər Birliyinin Mərkəzi Şurasının üzvləri saxlandı

A Turkish soldier in an armoured personnel carrier (APC) at a checkpoint near the Turkish-Syrian border in Kilis province, Turkey, 29 January 2018 Fotonun müəllifi Reuters
Image caption Kürd fəallar deyirlər ki, "Türkiyənin hava hücumu nəticəsində mülkilər həlak olub"

Türkiyə silahlı qüvvələrinin Afrindəki əməliyyatına qarşı çıxaraq "müharibə xalqın səhhətinə aid məsələdir" deyən Türk Təbiblər Birliyinin (TTB) Mərkəzi Şurasının 11 üzvü saxlanıb.

Bundan əvvəl Türkiyə hakimiyyəti Afrin əməliyyatına qarşı çıxan və ya onu tənqid edən şəxsləri təqib edəcəyi barədə xəbərdarlıq etmişdi.

Tutulanların arasında siyasətçilər, jurnalistlər və fəallar da olub.

Ankara Respublika Baş Prokurorluğunun açıqlamasına əsasən, TTB rəsmilərinin "11 rəhbərinin saxlanması barədə qərar verilmişdir".

Saxlanan rəsmilər arasında TTB rəhbəri Raşit Tükellə yanaşı təşkilatın Mərkəzi Şurasının üzvləri də var. Bunlar Sezai Berber, Sinan Adıyaman, Selma Güngör, Şeyhmus Gökalp, Hande Arpat, Ayfer Horasan, Taner Gören, Funda Obuz, Yaşar Ulutaş və Nazım Yılmazdır.

Saxlanmış həkimlərin xəstəxanadakı otaqlarında da axtarış aparılacağını bildirilir.

Polis TTB Baş Qərargahında reyd həyata keçirib. Binada axtarış aparılır.

Həbslər

Türkiyədə Suriyadakı sərhəd boyunca ölkənin hərbi əməliyyatını tənqid edən onlayn mesajlar yazmış 300-dən çox adam həbs olunub.

Kürdləri Suriyanın şimali bölgəsi Afrindən çıxarmaq üçün başladılan hərbi əməliyyatı tənqid edən mesajlar sosial şəbəkələrdə paylaşılıb.

Mesajları yazan sosial şəbəkə istifadəçiləri "terrorçu təbliğatını yaymaq" ittihamı ilə saxlanıblar.

Bazar ertəsi Türkiyənin Daxili İşlər Nazirliyindən bildirilib ki, 10 gün əvvəl əməliyyata başladıqdan sonra "terrorist təbliğatın yaydıqları" üçün 311 nəfər həbs edilib.

Bu prezident Recep Tayyip Erdoğanın Türk Təbiblər Birliyini (TTB) müharibə əleyhinə yazdıqları mesaja görə qınadıqdan sonra baş verib.

Cənab Erdoğan hərbi əməliyyatın humanitar faciəyə çevrilə biləcəyi barədə xəbərdarlıq edən tibbi birliyin həkimlərini "pis" və "terrorçu sevənlər" adlandırıb.

O, belə şərhlərin "xəyanət" olduğunu deyib və birliyin üzvlərini "imperializmin agentləri" olaraq xarakterizə edib.

Daxili İşlər Nazirliyi TTB-nin hərəkətləri ilə əlaqədar istintaq başladıldığını söyləyib.

Kürd fəalları deyir ki, "Türkiyənin Afrinin şimal-qərb sərhəd bölgəsindəki Xalq Təhlükəsizliyi Birləşmələri (YPG) əleyhinə hava və quru hücumundan sonra mülkilər ölüb".

Rəsmi Ankara belə iddiaların "əsassız təbliğat" olduğunu söyləyib.

BMT-nin sözçüsü deyib ki, təxminən 5000 nəfər Türkiyənin başçılıq etdiyi qüvvələr və kürd döyüşçüləri arasında toqquşmalar nəticəsində qaçıb.

Türkiyənin hava hücumlarından bölgədəki qədim bir məbədin ciddi şəkildə ziyan gördüyü də bildirilir.

Cənab Erdoğan Afrin və Suriyanın şimal sərhədinin 400 km-dən çox hissəsinə nəzarət edən YPG yaraqlılarını "əzməyi" vəd edib.

Türkiyə deyir ki, YPG ölkənin cənub-şərqindəki Kürd muxtariyyəti üçün üç onillik ərzində mübarizə aparan Kürd İşçi Partiyasına (PKK) bağlıdır. YPG PKK ilə birbaşa əlaqələrini inkar edir.

Bu barədə daha geniş