Araz Ağalarov, Fərhad Əhmədov, Vahid Ələkbərov Amerikanın sanksiyalar siyahısında

американский флаг Fotonun müəllifi TASS

ABŞ Maliyyə Nazirliyi 2017-ci ilin avqust ayında Donald Trump tərəfindən imzalanan sanksiyalar haqqında qanun çərçivəsində Vladimir Putinlə əlaqəsi olan siyasətçilər və oligarxların siyahısını açıqlayıb. Onların arasında etnik azərbaycanlı milyarderlər - Araz Ağalarov, Fərhad Əhmədov, Vahid Ələkbərov da var.

Sənəddə 210 şəxsin adı var. Onlardan 114-ü yüksək rütbəli rəsmi və dövlət şirkətlərinin rəhbəridir, daha 96 şəxs oliqarxdır.

"Kreml hesabatı"nda Alişer Usmanov, Roman Abramoviç, Oleq Deripaska, Süleyman Kərimov və Yuri Milnerin adları da qeyd olunur.

İndiyədək onların adı sanksiyalar siyahısında yox idi. 2014-cü ildə Krımın ilhaqı və Ukraynanın şərqindəki münaqişədə Rusiyanın roluna görə Aİ və ABŞ Rusiyaya qarşı sanksiyalar elan ediblər.

Siyahıda "Laboratoriya Kasperskogo" İT şirkətinin banisi Yevgeni Kasperski, bankçılar German Qref, Andrey Kostin, Petr Aven və Oleq Tinkovun adları ilə yanaşı "Norilsk nikeli" şirkətinin həmtəsisçisi Vladimir Potanin də var.

Bu yaxınlarda Petr Aven demişdir ki, Alfa-Bank müdafiə sənaye kompleksinə aid müəssisələrə xidmət göstərməyəcək. Görünür ki, bu onun adını siyahıya salınmasına təsir göstərməyib.

Bu şəxslər avtomatik olaraq, aktivlərin dondurulması və viza məhdudiyyətləri kimi heç bir sanksiya tədbirləri ilə üzləşməyəcəklər. Lakin ABŞ və Aİ-dəki banklar və təşkilatlar adları siyahıda olanlarla biznes aparmaqdan çəkinə bilər, Bloomberg agentliyi yazır.

Siyahının özü sanksiya səciyyəli deyil. İndiyədək sanksiyalar altında olmayanlarla qarşı məhdudiyyətlər tətbiq edilməyəcək və onlarla əməkdaşlığa görə cəzalandırma da nəzərdə tutulmur.

Siyahıda daha kim var

"Kreml hesabatı"nda demək olar ki, bütün Prezident Administrasiyası və Rusiya Hökumətinə "yer tapılıb". Sənəddə 43 rəsminin adı var.

Siyahıda prezident Putinin dostları sayılan Gennadi Timçenko, Arkadi və Boris Rottenberqlərin adları əks olunub. Onlara qarşı artıq ABŞ-ın sanksiyaları tətbiq olunmaqdadır.

Sənəddə Rosneft şirkətinin başçısı İqor Seçin və Putinin çoxdankı tərəfdaşı, "Qazpromun" rəhbəri Aleksey Millerin adını da görmək olar.

Bu barədə daha geniş