Suriyanın İdlib bölgəsində Rusiyanın hərbi təyyarəsi vurulub

İnternetdə SU-25 təyyarəsinin görüntülər yayılıb Fotonun müəllifi AFP
Image caption İnternetdə SU-25 təyyarəsinin görüntüləri yayılıb

Suriya üsyançılarının nəzarətində olan İdlib bölgəsində Rusiyanın SU-25 hərbi təyyarəsi vurulub.

Rusiyanın Müdafiə Nazirliyinin məlumatına görə katapulta ilə atılan pilot əl-Qaidə ilə əlaqəli Hayat Təhrir əş-Şam qrupunun fəal olduğu əraziyə düşüb. Daha sonra o, baş verən döyüş vaxtı öldürülüb.

Bundan əvvəl Suriya fəallarının İnsan Haqları Müşahidə Mərkəzi pilotun ələ keçirildiyini bildirmişdi.

Sosial mediada yayılan videolar təyyarənin vurulduğu anları əks etdirir. Başqa videolarda isə yerə düşmüş təyyarənin yanmış qalıqlarını görmək olar.

Rusiyanın Müdafiə Nazirliyi təyyarənin "raket əleyhinə səyyar" sistemlə vurulduğunu güman edir.

Rusiya Suriya ilə yanaşı İdlib bölgəsindəki üsyançılara qarşı əməliyyatda iştirak edir.

Fotonun müəllifi EPA
Image caption Təyyarənin kim və necə vurulduğu barədə dəqiq məlumat verilməyib.

Moskva Suriya kampaniyasına 2015-ci ildə başlayıb. Onun əvvəlindən bəri Rusiya hava qüvvələrində itkilər nadir hal təşkil edir.

Rusiyanın Müdafiə Nazirliyi son hadisəni şərh etməyib.

Təsdiqlənmiş məlumatlara görə Suriyada təxminən 45 rusiyalı hərbçi həlak olub.

Müqavilə ilə xidmət edənlər arasında ölüm səviyyəsi naməlum qalır.


Suriya kampaniyasında Rusiya Hava Qüvvələrinin itkiləri:

  • Dekabr, 2017-cı il: Hmeymim hava bazasının atəşə tutulması nəticəsində bir neçə Rusiya təyyarəsi zədələnir. İki hərbçi həlak olur.
  • Dekabr, 2016-cı il: Hərbi musiqiçilər də daxil 92 sərnişin daşıyan Tu-164 təyyarəsi Soçidən Suriyaya yollanarkən Qara dəniz üzərində qəzaya uğrayır. Hadisədən sağ çıxan olmayıb.
  • Avqust, 2016-cı il: İdlib üzərində helikopterin vurulması göyərtədə olan 5 nəfərin ölümü ilə nəticələnir.
  • Noyabr, 2015-cı il: Türkiyənin hərbi təyyarəsi Rusiyanın Su-24 təyyarəsini vurur. Bir pilot ölür digəri isə xilas edilir. Hadisə ikitərəfli əlaqələrdə kəskin gərginlik yaradır.

Bu barədə daha geniş