Türkiyənin Afrin əməliyyatından sonra minlərlə şəxs sərhəddə problemlərlə üzləşib

Afrin Fotonun müəllifi AFP
Image caption OXFAM: Afrinə istiqamətlənən hərbi əməliyyatlar və bölgədəki münaqişələr üzündən "5 mindən çox adam" ev-eşiyini tərk etməli olub

Ingiltərədə mənzillənən OXFAM bildirir ki, Türkiyənin Afrində başlatdığı hərbi əməliyyatdan sonra minlərlə mülki şəxs Türkiyə-Suriya sərhəddində "çıxılmaz vəziyyətdə qalıb".

Afrinə istiqamətlənən hərbi əməliyyatlar və bölgədəki münaqişələr üzündən "5 mindən çox adam" ev-eşiyini tərk etməli olub. Ölkədən çıxılş yolları isə bağlanıb, OXFAM bildirir.

Qurum iddia edir ki, Türkiyənin hərbi əməliyyatları zamanı "onlarla mülki şəxs həlak olub".

OXFAM vurğulayır ki, bölgədə qida və tibbi ləvazimat çatışmazlığı yaranıb, bir çox adamın yardıma ehtiyacı yaranıb.

BMT və UNICEF də Türkiyənin Afrin əməliyyatında sıravi şəxslərin həlak olması ilə bağlı açıqlamalar veriblər.

Fotonun müəllifi AFP
Image caption OXFAM: "5 mindən çox adam" ev-eşiyini tərk etməli olub

Türkiyə isə bunu Afrindəki kürd qruplarının təbliğatı olduğunu iddia edir. Türkiyə bildirir ki, mülki şəxslərin zərər çəkməməsi üçün hər cür incəliklər nəzərə alınıb.

OXFAM-ın Suriya direktoru Moutaz Adham bildirib ki, çoxlu insan öz evini tərk edərək ölkənin başqa yerlərinə qaçmaq məcburiyyətində qalıb.

"Onlar çarəsiz qalıblar"

"Çıxılmaz vəziyyətdə qalan körpələr, uşaqlar, hamilə qadınlar və yaşlılar daxil minlərlə adam qorxulu, hətta bəlkə də ölümcül durumla üz-üzədirlər. Çoxlu adam çarəsiz qalıb və yardım gözləyir. Beynəlxalq təşkilatlar qida və tibbi ləvazimatlar tükənmədən tez bir zamanda bölgəyə yardım çatdırmağın bir yolunu tapmalıdırlar", Moutaz Adham deyib.

OXFAM-ın açıklamasındakı iddialardan biri də bölgədən getmək istəyənlərə "hər maşına 100 dollar çıxış pulu" tələbi qoyulmasıdır. Qurum bidlrir ki, bu pulu Suriya döyüşçü qrupları tələb edir.

"Adamların evlərini və gəlirlərini itirdiyi bir vaxtda bu çox bahalı bir tələbdir", OXFAM-ın açıqlamasında deyilir.

Fotonun müəllifi AFP
Image caption Turkiyə Silahlı Qüvvətləri: "yalnız terrorçular" hədəfdədir

"Sadəcə terrorçulara aid hədəflər vurulur"

Rəsmi Ankara isə Afrin əməliyyatında mülki şəxslərin zərər görməsi iddialarını qəbul etmir.

BBC Türkçe'nin yazılı suallarını cavablandıran Silahlı Ordulıarın Baş Qərargahı bildirib ki, "yalnız terrorçular" hədəfdədir:

"Zeytun budağı hərəkatıyla bağlı verilən bütün yazılı və şifahi açıqlamalarda da vurğulandığı kimi, sadəcə terrorçulara aid hədəflər vurulur, mülki şəxslər və çevrənin (arxeoloji qalıqlar, tarixi özəlliyi olan, dini və mədəni obyektlər) zərər görməməsi üçün bütün incəliklər diqqətə alınır".

Bu barədə daha geniş