Türkiyənin Daxili İşlər Nazirliyi: Zeytun Budağı əməliyyatına qarşı etiraz edən yüzlərlə insan saxlanılıb

Turkey Fotonun müəllifi Getty Images
Image caption Türkiyə hərbi qüvvələri Suriyalı qiyamçı qüvvələrlə birlikdə Afrində YPG-yə qarşı vuruşur.

Türkiyənin Daxili İşlər Nazirliyi Zeytun Budağı əməliyyatının başlanğıcından indiyədək sosial media paylaşmalarına görə 449 nəfəri saxladığını bəyan edib.

Nazirlik, həmçinin 124 nəfərin etiraz aksiyalarında iştirak etdiyinə görə saxlandıqlarını da bildirib.

Türkiyə Zeytun Budağı əməliyyatının məqsədinin kürd Xalq Qoruma Birliklərini (YPG) Suriyanın şimali Afrin rayonundan çıxarmaq olduğunu deyir.

Türkiyə hərbi qüvvələri Suriyalı qiyamçı qüvvələrlə birlikdə Afrində YPG-yə qarşı vuruşur.


Həmçinin oxuyun:


Türkiyə DİN-i "terrorçu təşkilat təbliğatı edən, bu təşkilatları tərifləyən, terror təşkilatlara üzv olduqlarını ictiamiyyətə bəyan edən, xalqı nifrət və düşmənçiliyə cəlb edən, dövlət rəsmilərini təhqir edən, dövlətin bölünməz suverenliyinə və əhalinin həyatının təhlükəsizliyinə qəsd edən, nifrətli ifadələrdən istfiadə edən" 934 sosial media hesabını araşdırdığını bildirib.

Qanunsuz təşkilatlarla əlaqəli 915 nəfər saxlanılıb

Nazirlik son bir həftə ərzində ölkə daxilində 22 əməliyyatın keçirildiyini qeyd edib.

Bu əməliyyatlarda 518 FETÖ, 335 PKK, 35 "ifrat solçu" və özünü İslam Dövləti adlandıran qruplaşmanın 27 üzvü saxlanılıb, nazirlirlik bildirib.

Bununla yanaşı DİN 3614 nəfərin narkotik və qaçaqmalçılıq ittihamları ilə saxlandığını bəyan edib.

Həyata keçirilən əməliyyatlarda 28,8 milton türk lirası dəyərində narkotik və 2,7 milyon lira dəyərində siqaret və yanacaq maye ələ keçirilib.

Qanunsuz köçkünlər barədə isə nazirlik deyib:

"493 dənizda olmaqla, ümumiyyətlə 2932 qanunsuz qaçqın saxlanılıb, qanunsuz qaçqınların qanunsuz yollarla ölkəyə daxil olmasını və xaricə çıxmasına vasitəçilik edən 84 təşkilatçı isə yaxalanaraq saxlanılıb."

Bu barədə daha geniş