Xalq artisti Zərnigar Ağakişiyeva vəfat edib

Zərnigar Ağakişiyeva Fotonun müəllifi AzerTAG
Image caption Zərnigar Ağakişiyeva

Azərbaycanın xalq artisti Zərnigar Ağakişiyeva 72 yaşında vəfat edib.

Bu barədə Fövqəladə Hallar Nazirliyinin saytında məlumat yerləşdirilib.

FHN bildirib ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhərinin Yasamal rayonunda 1 nəfərin bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olib. Hadisə yerinə xilasetmə qüvvələri mənzildə 72 yaşlı Zərnigar Ağakişiyevanın cəsədini aşkar ediblər.

Aktrisanın meyiti Bakıda, Yasamal rayonu ərazisində yaşadığı mənzildə FHN-nin xilasediciləri tərəfindən aşkarlanıb.

Nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olan zən əsasında xidmətin işçiləri onun mənzilinə başış keçirib və xalq artistinin ölüsü aşkarlanıb.

Onun ölümünün səbəbləri barədə hələ ki, rəsmi açıqlama verilməyib.

Zərnigar Ağakişiyeva həm kino, həm teartda müxtəlif xarakterli rollar yaradıb.

O, Azərbaycan tamaçılarının xatirəsində "Atayevlər ailəsi", "Kökdən düşmüş piano", "Mehmanxana sahibəsi", "Ötən ilin son gecəsi", "Təhminə" kimi tamaşa və filmlərdə yaradığı obrazlarla qalıb.