Yerevan: Rəqslə qadınlara qarşı zorakılığa etiraz
Sizin qurğunuzda yenidən səsləndirmə mümkün deyil

Yerevan: Qadınlara qarşı zorakılığa rəqslə etiraz

Yerevanda bir qrup gənc, kütləvi rəqslə zorakılıq qurbanlarına həmrəylik kampaniyasına qatılaraq, onların azadlıqlarının müdafiəsi üçün çıxış ediblər.

Fevralın 14-ü Sevgililər Günündən başqa, bir sıra ölkələrdə "One Billion Rising" (Milyardların oyanışı) adlı qızlara və qadınlara qarşı zorakılıq əleyhinə kütləvi beynəlxalq hərəkata start verilir.

BMT-nin UNİFEM təşkilatının məlumatına görə, dünyada qadınların üçdə biri ömrü boyu ən azı bir dəfə zorakılığa məruz qalır.

Bir milyarda yaxın qadın fiziki, psixoloji və ya iqtisadi zorakılıq qurbanı olur.

“Ermənistanda bu aksiya artıq üçüncü dəfə keçirilir. Biz flaşmob təşkil edib, mahnı oxuyur, rəqs edir və bu aksiyanın görüntülərini Facebooka yükləyirik. Beləliklə, qadınlara qarşı zorakılığa etiraz edən beynəlxalq hərəkata öz həmrəyliyimizi bildiririk”, - “Zorakılıq olmayan cəmiyyət" ictimai təşkilatının təşəbbüsü ilə keçirilən aksiyanın iştirakçısı BBC müxbirinə deyib.