Putin seçkiqabağı çıxışında ölkədəki yoxsulluğu yarıya qədər azaltmağa söz verib

Bu seçkilərdən əvvəl Putinin sonuncu çıxışı idi Fotonun müəllifi AFP
Image caption Bu seçkilərdən əvvəl Putinin sonuncu çıxışı idi

Rusiya dövlət başçısı Vladimir Putin Moskvada ənənəvi çıxışında yoxsulluğu yarıyadək azaltmaq niyyətində olduğunu deyib.

Bu, onun 17 gün sonra qazanacağı ehtimal olunan seçkilərdən öncəki son çıxışıdır.

Putin dördüncü prezidentlik dövrü üçün seçəcəyi siyasətdən danışıb.


Həmçinin oxu:

"Bizim üçün hər insan əhəmiyyətlidir", deyən Vladimir Putin məşğulluq və uzunömürlülüyü artırmaq istəyini də bildirib.

Cənab Putin martın 18-də keçiriləcək seçkilərdə yeddi namizədlə yarışacaq, lakin bunlardan heç birinin böyük dəstək alacağı gözlənilmir. Prezident çərşənbə günü digər namizədlərin iştirak etdiyi səs-küylü televiziya debatına qatılmayıb.

Seçkilərə qatılması qadağan olunan və seçkiləri boykot etməyə çağıran tanınmış müxalifət lideri Aleksey Navalnı seçki kampaniyasından məhrumdur.

Prezident Putin bu günə qədər çox az təşviqat aparıb və növbəti altı il üçün planları haqqında çox az şey söyləyib.

Cümə axşamı parlamentin hər iki palatasının birgə iclasında etdiyi çıxışında Vladimir Putin, Rusiyanın Yaponiya və Fransadakı uzunömürlülük göstəricilərini təkrarlamasını istədiyini bildirib.

2000-ci ildə Rusiyada yoxsulluq həddinin altında yaşayaların sayı 42 milyon olub, o deyib.

"Bu gün isə 20 milyon yoxsul insan var amma bu göstərici hələ də aşağı salınmalıdır".

Onun sözlərinə görə, rəqəmsal artım da vacibdir. Cənab Putin Rusiyanın böyük məlumatların saxlanması və emalı üçün dünyanın əsas mərkəzlərindən birinə çevrilməsini istəyir.

O, robot və süni intellekt yaratmaqda daha çox irəliləyişə səsləyib. "Texnologiyaya yeni qabiliyyətlər əlavə edilməlidir və əcnəbilər bu sahədəki tanınmış lider kimi bilinən Rusiyada təhsil almağa təşviq edilməlidir".

Onun sözlərinə görə, Rusiya öz gücünü qənaətbəxş hesab etməməlidir.

"Bizim, əldə etdiyimiz sabitliyin qənaətbəxşlik hissinə gətirib çıxarmasına icazə verməyə haqqımız yoxdur. Xüsusilə də bir çox problemlərin həllinə uzaq olduğumuza görə".

"Rusiya artıq güclü xarici iqtisadi və müdafiə potensialı olan aparıcı ölkədir. Lakin insanların həyat keyfiyyətinin və rifahının təmin edilməsinin son dərəcə mühüm vəzifəsi baxımından biz, əlbəttə, tələb olunan səviyyəyə nail olmamışıq. Amma biz bunu etməliyik və edəcəyik", - o, alqışlar altında əlavə edib.

Onun sözlərinə görə, yaxın bir neçə ay ərzində Krım yarımadasına körpü açılacaq. Rusiya Krımı Vladimir Putinin hazırki prezidentlik dövründə, 2014-cü ildə Ukraynadan alaraq birləşdirib.

Putin yollarda qəzaların azaldılmasına da söz verib. Onun sözlərinə görə, müəllimlər yaxşı maaş və əmək haqqlarına layiqdirlər və uzaq ərazilərdə olan insanların tibbi xidmətlərdən istifadə etməsi üçün daha yaxşı imkanlar olmalıdır.

Bu barədə daha geniş