Putin 2014-cü ildə sərnişin təyyarəsini vurmağa əmr veribmiş

Putin Fotonun müəllifi Reuters
Image caption Putinin yenidən prezident seçiləcəyi ehtimal olunur.

Prezident Vladimir Putin 2014-cü ildə sərnişin təyyarəsinin vurulub salınmasına dair əmr veribmiş.

Hadisə Soçi Qış Olimpiadasının açılış günü baş verib.

Rusiya prezidenti bu göstərişi həmin təyyarənin Soçi Olimpiadasının açılış mərasimini hədəfə aldığını zənn etdiyinə görə veribmiş.

Bu barədə Putinə həsr olunmuş və Rusiyada çəkilmiş ikisaatlıq filmdə bəhs edilir, həmin film sosial mediada paylaşılıb.

Putinin sözlərinə görə, Soçi Olimpiadasının açılış günündə ona məlumat çatıb ki, güya Ukraynadan Türkiyəyə uçan təyyarə qaçırılıb və həmin təyyarənin pilotlarına gəmini Soçidə yerə endirmək əmri verilib.

Lakin qısa müddətdən sonra məlum olub ki, həyacan siqnalı qaldırmaq üçün ciddi səbəb olmayıb və həmin təyyarə vurulmayıb.

Film sosial mediada Rusiyada martın 18-də keçiriləcək prezident seçkisi ərəfəsi paylaşılıb.

"Mənə dedilər ki, Ukraynadan İstanbula uçan təyyarə ələ keçirilib, təyyarəni tutanlar Soçidə yerə enməyi tələb edirlər", - Putin filmdə deyir, Reuters qeyd edib.

Türkiyənin Pegasus aviaşirkətinə məxsus Boeing 737-800 təyyarəsi Xarkov şəhərindən İstanbula yollanırdı, təyyarədə 110 nəfər olub. Təyyarənin pilotları deyiblər ki, sərnişin bomba ilə uçuş heyətini hədələyərək onlardan təyyarəni Soçi şəhərində yerə endirməyə tələb edib, müxbir Andrey Kondraşov deyib.

Filmdə Putin deyib ki, o zaman təhlükəsizlik rəsmiləri ona təhlükəsizlik qaydalarının belə vəziyyətdə təyyarənin vurulmasını tələb etdiyini deyib.

"Mən onlara göstəriş verdim ki, qaydalar tələb etdiyi kimi hərəkət etsinlər", - Putin deyib.

Fotonun müəllifi Getty Images
Image caption Güman edildiyinə görə, vurulmasına əmr verilmiş təyyarə Soçidə Qış Olimpiya Oyunlarının açılış mərasimini hədəfləyə bilərdi.

Bir neçə dəqiqədən sonra ona digər bir zəng çatıb ki, həyəcan üçün əsas yoxdur, Putin deyib.

O, Olimpiya Oyunlarının açılış mərasiminin keçirildiyi yerə bundan sonra gəlib.

Kreml sözçüsü Dmitri Peskov Putinin dediklərini təsdiqləyib, Reuters xəbər verib.

Filmin birinci hissəsi sosial mediada və YouTube kanalında paylaşılıb.

Krım

Filmin gedişində Putindən müsahibə alan televiziya aparıcısı Andrey Kondraşov ona Krıma və Ukraynaya dair sual verib.

Aparıcı soruşub ki, elə bir şərait yarana bilərmi ki, Krımın Ukraynaya qaytarılması mümkün olsun?

"Belə bir şərait olmayıb və olmayacaq da", - Putinin bu suala cavabı belə olub, TASS agentliyi qeyd edib.

Babası"Stalinə aşpazlıq edib"

Rusiya prezidentinin ata xəttilə babası Vladimir Leninin və İosif Stalinin aşpazı olub, Putin filmdə deyib.

Fotonun müəllifi Getty Images
Image caption Putin deyib ki, onun babası Stalinin aşpazı olub.

Putinin sözlərinə görə, Spiridon Putin Stalinə xidmət edən heyətin sayılıb-seçilən üzvü olub.

"O, Moskva yaxınlığındakı daçalardan birində Leninin, sonra isə Stalinin aşpazı olub", - Putin deyib, Reuters bildirir.

Filmdə deyildiyi kimi, Spiridon Putin 1965-ci ildə 86 yaşında vəfat edib.

Təhlil - Sarah Rainsford, BBC News, Moskva

Kreml Putinin 4-cü müddətə seçilməsinin legitimliyini təmin etmək üçün martın 18-də keçiriləcək seçkilərdə iştirak edənlərinin sayınınn mümkün qədər yüksək olmasını istəyir.

Çəkilmiş iki hissəli filmin də əsas məqsədi budur.

Filmdə prezident Vladimir Putin güclü və eyni zamanda qayğıkeş bir insan kimi təsvir olunub.

Lakin filmin müəlliflərinin tamaşaçıya aşılamaq istədikləri əsas fikir əvvəlcədən qabardılıb: "Rusiya Qərbə heç zaman özünə yuxarıdan aşağı baxmağa imkan verməyəcək, Krım heç zaman qaytarılmayacaq, Rusiya prezidenti isə zarafat ediləsi adam deyil".

Filmdə prezident Putinin Rusiya gəncliyinə ünvanlanmış çağırışlarına da də xüsusi yer verilib.

Filmin mərkəzi ideyasını güclü qəhramanın ölkəni "xilas etdiyi" fikri təşkil edir. Bu məqsədlə filmdə vurğulanır ki, Putin hakimiyyətə gələndə ordunu bərbad vəziyyətdə qəbul etsə də, ordunu Rusiyanın hazırda qürur hissi keçirə biləcək səviyyəyə çatdırıb və indi dünya yenidən Rusiyanın hərbi potensialını nəzərə almağa məhkumdur.

Bu barədə daha geniş