Rusiyada rüşvətxorluq 2017-ci ildə "üçqat artıb"

Rusiyada rüşvətxorluq 2017-ci ildə üçqat artıb Fotonun müəllifi RIA NOVOSTI
Image caption 2017-ci ildə Rusiyada hər 3 vətəndaşdan biri dövlət qulluqçularına rüşvət ödəyib.

Rusiya Milli Antikorrupsiya komitəsi ötən il ölkədə ödənilmiş rüşvətin ümumi miqdarının üçqat artaraq $119 milyona çatdığını bildirib.

Korrupsiya əleyhinə Transparency International beynəlxalq təşkilatın qlobal rüşvətxorluğa dair təhlilində qeyd olunduğu kimi, 2017-ci ildə Rusiyada hər 3 vətəndaşdan biri dövlət qulluqçularına göstərilən xidmətə görə rüşvət ödəyib.

Transparency International Rusiya təşkilatının son Korrupsiya Qavrama İndeksi sıralamasında Rusiya 180 ölkə arasında 135-ci yeri tutub.

"2017 -ci ildə verilmiş rüşvətin ümumi miqdarı 6,7 milyard rubl ($119 milyon) təşkil edib," - RIA Novosti xəbər agentliyi Antikorrupsiya Bülleteninə istinad edərək bildirib.

2016-cı ildə komitənin qeydə aldığı rüşvətin həcmi 2,3 milyard rubl ($41 million) təşkil edib, agentlik qeyd edib.

RBC biznes portalı Transparency International təşkilatının Rusiya şöbəsinin rəhbəri İlya Şumanova istinadən bildirib ki, 7 milyard rubl "aysberqin yalnız görünən zirvəsidir".

"Təxminən elə bu miqdarda da pul Daxili İşlər Nazirliyinin polkovniki Dmitry Zaxarçenkonun otağında tapılıb", - Şumanov antikorrupsiya polisinin keçmiş əməkdaşı ilə bağlı qaldırılmış cinayət işinə istinad edərək bildirib.

Bu barədə daha geniş