Afrin: Türkiyə qüvvələri Suriya kürdlərinin şəhərini "mühasirəyə alıb"

Afrin əməliyyatında Türkiyənin dəstəklədiyi silahlı qruplar iştirak edir(11 Mart 2018) Fotonun müəllifi Reuters
Image caption Afrin əməliyyatında Türkiyənin dəstəklədiyi silahlı qruplar iştirak edir

Türkiyə ordusu Suriyanın şimalında yerləşən Afrin şəhərini mühasirəyə aldığını bildirir.

Kürd silahlılarına qarşı hərbi əməliyyat keçirən Türkiyə ordusunun bəyanatında deyilir ki, hərbçilər və suriyalı müttəfiq qüvvələr Afrin ətrafındakı "xüsusi əhəmiyyətə malik əraziləri" nəzarət altına alıb.

Bu məlumat kürd mənbələrindən təsdiqlənməyib.

Türkiyə kürdlərin YPG silahlı qrupuna qarşı "Zeytun budağı" əməliyyatına yanvarın 20-də başlayıb.

Əməliyyatda Ankaranın dəstəklədiyi Azad Suriya Ordusunun döyüşçüləri də iştirak edir.

Ankara Afrindən çıxarmağa çalışdığı YPG qrupunu Türkiyə, ABŞ və Aİ-də terrorçu tanınan PKK-nın qolu adlandırır. YPG ittihamları rədd edir.

Kürd birləşmələri özünü İslam Dövləti adlandıran qruplaşmaya qarşı ABŞ-ın Suriyada apardığı kampaniyanın aparıcı döyüş qüvvəsi olub.

Image caption Suriyanın şimalında ərazilərə nəzarət edən qüvvələrin yerləşməsi

Bu barədə daha geniş