Qəzaya uğramış təyyarədə ölən Türkiyə biznesmeninin varisi Mina Başaranın nikahı olacaqmış

28 yaşlı Mina Başaran və onun 7 rəfiqəsi həlak olub. (16 noyabr 2016) Fotonun müəllifi Getty Images
Image caption 28 yaşlı Mina Başaran və onun 7 rəfiqəsi həlak olub.

İran ərazisində qəzaya uğramış Başaran Holding-ə məxsus özəl təyyarədə Başaran Holdinqin İdarə Heyətinin üzvü, şirkət sahibinin qızı Mina Başaran və onun 7 rəfiqəsi olub.

Onlar Minanın nikahından əvvəl keçirilən "Subaylığa əlvida" ziyafətindən qayıdırmışlar. Təyyarə Birləşmiş Ərəb Əmirliklərindən (BƏƏ) İstanbula uçurdu.

Təyyarənin qəzaya uğraması nəticəsində sərnişinlərin hamısı, iki pilot və bir stüardessa da həlak olub.

Hadisədən əvvəl 28 yaşlı Mina 65,000 izləyicisi olan hesabında #minasbachelorette (Minanın subaylığa vidası) həştəqilə təyyarənin içindən foto paylaşıb.

Qəzadan iki gün keçmiş BƏƏ-dən Türkiyəyə qayıdan təyyarə sərnişinləri barədə daha ətraflı məlumat yayılmaqdadır.

Təyyarənin digər zəngin xanım sərnişinləri

Qeyd olunur ki, biznes, moda, zərgərlik və dizayn sahəsində çalışan qadınlar xanım Başaranla yanaşı İstanbulun uğurlu elit təbəqəsinə aid olublar.

Qəzada həlak olan Aslı İzmirli məşhur "Gia Jewels" zərgərlik brendinin təsisçisi olub. O, noyabr ayında evlənmişdi.

Təyyarədə onun daha bir həmkarı olub: Jasmin Baruh "Siloni Baguette Jewellery" şirkətinin qurucusu imiş.

ABŞ-dakı New York Ackerman İnsititundan psixologiya fakültəsinin məzunu Ayşe And isə artıq peşəsi üzrə psixoloq işləyirdi.

Burcu Urfalı 2015-ci ildə "Bug Uniform" adlı şirkətini təsis etmişdi.

Məlumatlara görə, moda ve marketinq üzrə ixtisaslaşan Sinem Akay ötən il cins geyimlər markasını qurmuşdu.

Bursadakı Toyota Akkoyunlunun sahibi Orhan Coşkunun qızı memar Zeynep Coşkun da təyyarədə qəzasında vəfat edənlərdən biridir. Onun 12 mayda toyu olacaqmış.

Instagram məşhuru

Mina Başaran Instagram sosial media platformasının fəal üzvü olub. Onun 60 000 izləyicisi vardı. Mina Başaran Birləşmiş Ərəb Əmirliklərinə səfəri barədə Instagram-da fotolar paylaşırdı.

Paylaşdığı son fotolardan birində o, xalat geyinərək gün eynəyi taxmış yeddi gənc qadının əhatəsində görünür. Foto Dubaydakı otellərdən birində çəkilib.

Digər bir fotoda isə o, təyyarəyə əlində çiçəklərlə minərkən çəkilib.

Hazırda onun hesabının 85 minə yaxın izləyicisi var. Belə görünür ki, hadisədən sonra izləyicilərin sayı artıb.

Bazar günü İranın Çaharmahal ve Baxtiyari vilayətindəki dağlıq əraziyə düşən təyyarədə yanğın başlayıb. Təyyarədə olan 11 adamın heç biri sağ qalmayıb.

Bazar ertəsi yayılmış görüntülərdə Tehrandan cənuba doğru yerləşən dağ yamacı boyunca səpələnən təyyarə qalıqlarını görmək olar.

Fotonun müəllifi Reuters
Image caption Təyyarə Çaharmahal ve Baxtiyari vilayətindəki dağlıq əraziyə düşüb.

Bu barədə daha geniş