Strasburq qərarı Türkiyə jurnalistləri üçün nə dərəcədə ürəkaçan olub?

Türkiyə Fotonun müəllifi Getty Images
Image caption Türkiyədə jurnalistlərin həbsləri çox sayda etirazlara səbəb olub

Prezident Erdoğan ilə Avropa İttifaqı liderləri arasında martın 26-ı Bolqarıstanda baş tutacaq Varna zirvə görüşünü heç kim "dönüş nöqtəsi" kimi qiymətləndirmir. Hətta Türkiyənin gələcəyinin Avropada olduğuna inananlar da məsələyə getdikcə könülsüz yanaşırlar.

Türkiyədə günlər, liderlərin Avropa, ABŞ və beynəlxalq təşkilatlara yönəlmiş qəzəbli çıxışları olmadan ötüşmür.

Adətən belə şərhlərin səsləndirildiyi gün çərşənbə axşamı günü olur. Çünki çərşənbə axşamı günü parlamentdə liderlərin partiya qrupları və dəvətli tərəfdarlara müraciət etdikləri gündür.

Bu çərşənbə axşamı da fərqli olmayıb.

Hakim Ədalət və İnkişaf Partiyasının (AKP) Ankaradakı qrup görüşündə prezident Erdoğan ABŞ-ı Türkiyəni "aldatmağa cəhddə" ittiham edib.


Həmçinin oxuyun:


Eyni gündə Türkiyə Xarici İşlər Nazirliyi Türkiyədən fövqəladə vəziyyəti bitirməsini istəyən BMT İnsan Haqları Ali Komissiyasını pisləyən mətni bəyanatlar paylaşıb.

Türkiyə, İnsan Haqları üzrə BMT Ali Komissarı Zeyd Raad əl-Hüseynə istinadən deyib ki, "beynəlxalq təşkilatın başçısı terrorçu təşkilatlarla iş birliyi qurur".

Türkiyənin qəzəbinə tuş gələn başqa bir beynəlxalq təşkilat Beynəlxalq Qırmızı Xaç Komitəsidir (ICRC) ki, mülkilərə yardım üçün Suriyanın Afrin şəhərinə rahat giriş üçün çağırış etmişdi.

Həm BMT, həm də ICRC-nin tənqidləri yəqin ki, Türkiyədə qıcığa səbəb olub. Amma türkiyəli rəsmilərin ən çox diqqətə aldıqları məqam Avropa İnsan Haqları Məhkəməsinin (ECtHR) qərarı olub. ECHR hökmlərinin icrası məcburidir və adətən Türkiyə üçün pul təzminatı bahasına başa gəlir.

Bu həm də onların indiyədək münasibət bildirmədikləri bir mövzudur.

Martın 20-i Strasburqda Avropa İnsan Haqları Məhkəməsi jurnalistlər Mehmet Altan və Şahin Alpayın İnsan Haqları üzrə Avropa Konvensiyası əsasında qorunan haqlarının pozulmasi ilə bağlı qərar qəbul edib.

İqtisadiyyat üzrə professor Mehmet Altan və keçmiş köşə yazarı Şahin Alpay 2016-cı il iyulun 15-i uğursuz çevriliş cəhdindən sonra həbs olunublar.

2018-ci il yanvarın 11-i Türkiyənin Konstitusiya Məhkəməsi Alpay və Altanın şəxsi azadlığı və təhlükəsizliyi və ifadə azadlığının pozulması barədə qərar qəbul etsə də, aşağı məhkəmə onları azadlığa buraxmaqdan imtina edib.

Bu arada fevralın 16-ı Mehmet Altan, qardaşı Ahmet Altan və jurnalist Nazlı Ilıcaka ağırlaşdırılmış ömürlük həbs cəzası verilib. Onlar "konstitusional nizamı pozmaq cəhdində" günahkar bilinirdilər.

ECHR-ın çoxdan gözlənilən qərarından cəmi bir neçə gün əvvəl Türkiyə Konstitusiya Məhkəməsi Alpay və Altanın həbs qətimkan tədbirinə qarşı ikinci qərar qəbul edir.

Bu dəfə 74 yaşlı Şahin Alpay həbsxanadan ev dustaqlığına buraxılır. Göründüyü kimi tam vaxtında verilən qərar olur.

ECHR prosesin "ciddi şübhələr oyatdığını" desə də, Türkiyənin Konstitusiya Məhkəməsini "azadlıqdan məhrum olan şəxslərin şikayətlərinə baxan effektiv vasitə" kimi qəbul edib.

Hələ ki heç bir rəsmi açıqlama verilməyib. Lakin Mehmet Altanın vəkili Veysel Ok Twitter hesabında öz reaksiyasını paylaşıb: "Bu ehtiyatlı qərar Konstitusiya Məhkəməsinin effektiv vasitəyə çevrilməsi üçün Türkiyə üçün bir imkan yaradır."

P24 müstəqil xəbər agentliyinin direktoru Yasemin Çongar qərar haqqında "çox az, çox gecdir" deyib.

Fotonun müəllifi Getty Images
Image caption ATƏT-in media azadlıqları üzrə nümayəndəsi Harlem Desir Strasburq məhkəməsinin qərarını yaxşı qarşılayıb

ATƏT-in media azadlıqları üzrə nümayəndəsi Harlem Desir Strasburq məhkəməsinin qərarını yaxşı qarşılayıb. Desir deyib ki, bu qərar Türkiyənin məhkəmə qərarlarını yenidən gözdən keçirməsinə ehtiyac olduğuna diqqəti çəkib.

O Türkiyəni jurnalistikanı kriminallaşdıran qərarları dəyişməyə, həbsdəki digər jurnalistləri azad etməyə və onlara qarşı ittihamları aradan qaldırmağa səsləyib.

Jurnalist təşkilatları Türkiyədə həbsdə olan bütün jurnalistlərin işlərinin yenidən gözdən keçirilməsi barədə çağırışlara qoşulsalar da, ECHR-in qərarı barədə Desir qədər müsbət fikirdə olmayıblar.

Jurnalistika təşkilatları Türkiyədə həbsdə olan bütün jurnalistlərin işlərinin yenidən gözdən keçirilməsini istəsələr də, istəklərinə qarşı xoş münasibət barədə ehtiyatlı olublar.

Sərhədsiz Reportyorlar Avropa Məhkəməsinin Altan işi üzrə bu qədər gözləməsinə təəssüfləndiyini dilə gətirib.

Tanınmış vəkil Yaman Akdeniz isə açıq şəkildə tənqidlər səsləndirib. O söyləyib ki, qərar "xəyal qırıqlığına səbəb olub" və bu onda ECHR-ın effektivliyi barədə suallar yaradıb.

"Bu qərar Türkiyəni narahat etməyəcək", o deyib.

Firdevs Robinson Türkiyə və region barədə təhlillərin müəllifidir.

Bu barədə daha geniş