İranda qadın posterləri

Prize-winning mathematician Maryam Mirzakhani appearing on a billboard in Tehran Fotonun müəllifi @saeidiftm
Image caption Nobel mükafatı sayılan Filds medalının sahibi, riyaziyyatçı Maryam Mirzakhani

Hərbçi, müharibə fotoqrafı və olimpiyaçılar İranın paytaxtı Tehranda ictimai posterlərdə nümayiş etdirilən simalardan bəziləridir. Bu, mühafizəkar bir ölkə üçün nadir addımlardan biridir.

Posterlərdə 2014-cü ildə riyaziyyat sahəsində Nobel mükafatı sayılan Filds medalının sahibi, riyaziyyatçı Maryam Mirzakhani daxil olmaqla, bir çox yüksək nailiyyət əldə edən iranlı qadınlar əks etdirilir. Maryam Mirzakhani 2017-ci ildə 40 yaşında vəfat edib.

Kampaniya islahat tərəfdarı olan partiya nümayəndəsinin 2017-ci ildə şəhər meriyasına seçilməsindən sonra başlayıb. Bu, əvvəlki mühafizəkar administrasiyanın qadınların rolunun ev işləri ilə məhdudlaşdırdığı posterlərilə təzad təşkil edir.

Kampaniya sosial şəbəkələrdə rəğbət qazansa da, insanlar qadın haqlarının artırılmadığı istiqamətində konkret addımlar atılmadığı müddətdə bu posterlərin mənasız olduğunu deyirlər.

İranda məcburi hicab qanununa etiraz edərək öz hicabını ictimai şəkildə çıxaran qadın ötən həftə 2 il müddətinə azadlıqdan məhrum edilib.

Tablolardakı qadınlar kimdir?

İranda tablolarda nümayiş etdirilmək üçün seçilmiş qadınlar ziyalılar, rəssamlar, idmançılar və alimlərdən ibarətdir. Onlardan bəziləri ənənəvi İslam geyimində olmasa da, digərləri saçlarını qara hicabla tamamilə bağlayıblar. Kampaniyada iştirak edən qadınlardan bəziləri bunlardır:

- Kimia Alizadeh: ilk iranlı qadın olimpiya medalçısı, 2016 Yay Olimpiya oyunlarında taekvondo üzrə 57 kq-lıq çəkidə bürünc medal sahibi

- Shahla Riahi: İranda ilk qadın rejissor; həmçinin təqaüdə çıxmamışdan əvvəl filmlərdə rol almışdır

- Maryam Kazemzadeh: ilk İranlı qadın müharibə fotoqrafı; 1980-ci ildə İran-İraq müharibəsini lentə alıb

- Marzieh Hadid Chi: İslam İnqilabı Keşikçiləri Korpusunun (İran ordusunun bölməsi) ilk qadın komandiri; qadın hüquq müdafiəçisi, daha sonra isə millət vəkili

- Nosrat Amin: ilk tanınmış qadın İslam alimi və ya müasir İranda müctəhid

Fotonun müəllifi @smahmoodrazavi
Image caption Nosrat Amin (solda) və Marzieh Hadid Chi (sağda)

- Alenush Terian: müasir İran astronomiyasının anası hesab edilən fizik; 2011-ci ildə vəfat edib

- Maryam Amid-Semnani: ilk qadın jurnalistlərdən biri; 1913-cü ildə Shokufeh adlı nüfuzlu qadın qəzetinin əsasını qoyub

Tehran parlamentinin üzvü Fatemeh Saeedi kampaniyanı Tehran bələdiyyəsinin "yaxşı işi" kimi qiymətləndirib. Buna cavab verən sosial şəbəkə istifadəçisi "Buna sevinməyin. Bu, sadəcə ictimaiyyətə hesablanmış addımdır" deyib.

Bəzi internet istifadəçiləri kampaniyanı dəstəkləyib və "bu, qadınların özünə hörmət və mənlik hissini yüksəltməyə kömək edəcək. Bizim bu cür addımları digər şəhərlərdə də görməyə ehtiyacımız var" yazıb.

Digərləri ABŞ-ın Stanford Universitetində ad qazanan Maryam Mirzakhani kimi iranlıların beyin köçünə məruz qalmasına toxunub: "O, ölkəni tərk etməyə məcbur edilib. Sadəcə o deyil, yüzlərlə digər dahilər də. Əgər o, İranda yaşasaydı və geri qayıtsaydı, hicab taxmadığına görə dərs deməkdən məhrum ediləcəkdi".

Başqa bir istifadəçi isə, posterlərin nümayiş etdirildiyi küçədə qadınların məcburi hicab qanununa qarşı keçirdikləri etirazlara toxunub.

Bu barədə daha geniş