Kemerovo ticarət mərkəzində yanğın: Ölənlərin sayı "64-ə çatıb"

Sizin qurğunuzda yenidən səsləndirmə mümkün deyil
Rusiyanın Kemerovo şəhərindəki ticarət mərkəzində yanğın

Rusiyanın Kemerovo şəhərindəki "Zimnyaya vişnya" ticarət və əyləncə mərkəzində baş verən yanğın nəticəsində azı 64 nəfərin həlak olduğu bildirilir.

Yalnız 15 cəsədin kimliyi müəyyənləşdirilib, Rusiyanın İstintaq Komitəsi xəbər verir.

Azərbaycan Xarici İşlər Nazirliyi Rusiyada ticarət mərkəzində yanğında ölən və yaralananlar arasında Azərbaycan vətəndaşlarının olmadığını bildirib.

Azərbaycan XİN bunu Rusiya Fövqəladə hallar Nazirliyinin Kemerovo vilayəti üzrə bölməsindən Azərbaycanın Rusiyadakı səfirliyinə verilən ilkin məlumatına əsasən bildirib, qurumun mətbuat xidməti yaydığı açıqlmasında bildirib.

Yanğın binanın əyləncə kompleksi olan hissəsində bazar günü təxminən saat 17:00-da (10:00 GMT) başlayıb, yerli media yazır.

Ticarət mərkəzinin yuxarı mərtəbəsində başlayan yanğın qurbanlarının çoxu kinoteatrlarda olanlardır.

Bazar günü sosial media şəbəkələrində yayımlanan videolarda atəşdən qaçmaq üçün pəncərədən tullanan insanlar görünür.

Fotonun müəllifi TASS/Danil Aikin

Xilasetmə işlərinə təxminən 660 fövqəladə heyət cəlb edilib.

İstintaq Komitəsinin Telegram kanalı Kemerovo ticarət mərkəzindəki yanğına görə 4 adamın saxlanıldığını bildirib.

Cinayət işi çərçivəsində yanğının baş verdiyi binanın icarəçisi və mərkəzə xidmət edən idarəetmə şirkətinin rəhbəri də daxil olmaqla dörd nəfər saxlanılıb və sorğulanıb, Rusiya Federasiyasının İstintaq Komitəsi bildirib.

Bundan əvvəl kütləvi informasiya vasitələri "Zimnyaya vişnya" ticarət və əyləncə mərkəzinin sahibi Nadejda Suddenokun saxlanılması barədə məlumat vermişdi.

Yanğının səbəbi hələlik məlum olmasa da, hakimiyyət araşdırma başladıldığını bildirib.

Fotonun müəllifi AFP

Moskvadan təxminən 3,600 km məsafədə yerləşən Kemerovo şəhəri kömür istehsal edən əsas ərazidir.

Yanğının baş verdiyi ticarət və əyləncə mərkəzi 2013-cü ildə açılıb. Burada kinoteatr ilə yanaşı, restoranlar, sauna, boulinq və xizək salonları da var.

Azərbaycan prezidenti İlham Əliyev hadisə ilə bağlı Rusiya prezidenti Vladimir Putinə məktub ünvanlayaraq dərin kədər hissi ifadə edib.

Avstriya kansleri Sebastian Kurz və Latviya xarici işlər naziri Edgars Rinkēvičs qurbanların ailələrinə və dostlarına başsağlığı verib.

Bu barədə daha geniş