"Narıncı qar" şərqi avropalıları çaşqın vəziyyətə salıb

Scene from the Russian Caucasus

Şəklin mənbəyi, Margarita Alshina

Şəklin alt yazısı,

Şimali Qafqaz dağları. Bu cür mənzərələr şərqi Avropada digər ölkələrdə də müşahidə olunub

Rusiyanın şimali Qafqaz regionu və şərqi Avropanın bir çox ölkəsində yerin narıncı qara bürünməsi insanları çaşdırıb.

Narıncı qarın şəkilləri sosial şəbəkələrdə Rusiya, Bolqarıstan, Ukrayna, Rumıniya və Moldovadan paylaşılıb.

Meteoroloqlar bildirir ki, narıncı qar Böyük Səhradan gələn qum fırtınasının yağış və qarla qarışmasından yaranır.

Həmçinin oxuyun:

Bu cür hadisələr təxminən hər beş ildən bir baş verir, lakin bu dəfə qarla qarışan qumun miqdarı əvvəl müşahidə olunan normalardan daha yüksək olub.

Hətta bəziləri qumun ağızlarına düşməsindən şikayətlənib.

Rusiyanın Soçi şəhərinə yaxınlıqdakı kurortlarda qalan xizəkçilər öz şəkillərini paylaşıblar.

Şəklin mənbəyi, Katrin JD

Şəklin mənbəyi, Margarita Alshina

Şəklin mənbəyi, Ksusha Knopik