Rusiya Türkiyənin ilk nüvə enerji reaktorunu tikməyə başlayıb

Rusiya prezidenti Vladimir Putin və Türkiyə prezidenti Recep Tayyip Erdoğan Fotonun müəllifi Getty Images

Çərşənbə günü axşamı Türkiyə paytaxtı Ankarada görüş keçirən Rusiya prezidenti Vladimir Putin və Türkiyə prezidenti Recep Tayyip Erdoğan birlikdə Rusiya tərəfindən inşa olunması planlaşdırılan və Türkiyənin ilk nüvə enerji reaktorunun tikintisinin açılış mərasimində videozəng vasitəsilə iştirak ediblər.

Prezident Erdoğan Akkuyu nüvə reaktorunun tikintisinin Türkiyənin inkişafında və Rusiya ilə enerji üzrə əməkdaşlıqda "tarixi an" olduğunu deyib, Türkiyə dövlət xəbər agentliyi Anadolu Ajansı (AA) bildirib.

Türkiyə və Rusiya Akkuyu nüvə reaktorunun tikintisinə 2010-cu ildə razılığa gəliblər.

Tikintinin açılış mərasimilə bağlı şərhində, Vladimir Putin reaktorun "təhlükəsiz və ekoloji cəhətdən təmiz" olacağını deyib, AA bildirib.


Həmçinin oxuyun:


Rusiyanın dövlət xəbər agentliyi TASS bildirib ki, razılığa əsasən reaktorun Rusiya Dövlət Nüvə Enerji Agentliyi (Rosatom) tərəfindən tikiləcək və tikintinin 20 milyard dollar dəyəri tamamilə Rusiya tərəfindən ödənəcək.

Reaktorun səhmlərinin 51 faizi Rusiya şirkətlərinə, digər 49 faizi isə investorlara satılması nəzərdə tutulub, TASS əlavə edib.

Reaktorun Türkiyənin enerji tələbatının 10 faizini təşkil etməsi gözlənilir, AA qeyd edib.

Bu barədə daha geniş