Yerevanda kütləvi etirazlar: Prezident meydandakı nümayişçilərlə görüşüb

Nikol Paşinyan Fotonun müəllifi VANO SHLAMOV/AFP/Getty Images
Image caption Nikol Paşinyan (solda) nümayişləri davam etdirməkdə qərarlı olduğunu bildirir

Ermənistan prezidenti Armen Sarkisyan etirazçıların mitinq keçirməyə hazırlaşdığı Respublika meydanına gəlib.

Səhər o, Nikol Paşinyanı görüşməyə dəvət etmişdi. Prezident yaranmış təhlükəli gərginlikdən narahat olduğunu bildirib və "gərginliyi zəiflətmək məqsədilə" Nikol Paşinyanla görüşməyə hazır olduğunu bildirib.

Nikol Paşinyan meydanda elan etdi ki, prezidentlə meydanda görüşər, və "o görüşmək istəyirsə, meydana gəlsin".

Ermənistan prezidenti Armen Sarkisyan yerli vaxtla saat 19-da meydana gəldi Və Nikol Paşinyanla söhbət edirlər.

Təhlükəsizlik xidməti jurnalistləri yaxına buraxmır. Onların nə danışdığı eşidilmir, Yerevandan BBC Azərbaycancanın müxbiri Aleksey Manvelyan xəbər verir.

Bundan əvvəl Serj Sarkisyanın Ermənistan hakimiyyətinin başında qalmasına qarşı izdihamlı mitinqdə çıxış edən etiraz hərəkatının lideri, Vətəndaş Müqaviləsi Partiyasının sədri və müxalif "Yelk" ("Çıxış") parlament fraksiyasının rəhbəri Nikol Paşinyan hakimiyyətin mükalimə təklifinə cavab verərək Sarkisyanın istefasına çağırıb.

"Əlbəttə, biz müəyyən məqamları müzakirə etməyə hazırıq", deyə, Nikol Paşinyan ölkə rəhbərliyinə "ultimatum"unu təqdim edib.

"Biz Serj Sarkisyanın istefası məsələsi ilə bağlı müəyyən şərtləri müzakirə edə bilərik. Yəqin mənimlə razı olarsınız ki, biz qisas istəmirik. Serj Sarkisyanın mümkün qədər tez istefa verməsi həm onun, həm də Ermənistan Respublikası üçün faydalı olar", - Paşinyan bəyan edib.

O, həmçinin Ermənistanda hakimiyyət dəyişikliyi planını təqdim edib.

Paşinyanın sözlərinə görə, ilk növbədə Serj Sarkisyan istefa verdikdən sonra Milli Məclis "xalq nümayəndəsini" baş nazir seçir və müvəqqəti hökumət formalaşdırılır.

"Qanuna əsasən, müvəqqəti hökumət formalaşdıqdan sonra 20 gün ərzində öz proqramını təqdim etməlidir. Lakin siyasi partiyalar, qabaqcadan öz aralarında razılaşaraq, bu proqramı qəbul etmirlər, və bu, növbədənkənar parlament seçkilərinə gətirər", - deyir Paşinyan.

"Biz hakimiyyətin sarsıntısız xalqa rahat ötürülməsini təmin etmək üçün bu proqramın müddəalarını [hakim] Respublikaçılar Partiyası ilə müzakirə etməyə hazırıq", - Paşinyan izah etdi.

Yeni seçkilərin əsas şərti, Paşinyanın sözlərinə görə, seçkilərin 100 faiz etibarlılığıdır: "İstər bu, istəsə bütün gələcək seçkilərdə ir qüvvə qalib gəlməlidir - Ermənistan xalqı.

Fotonun müəllifi Getty Images

Paşinyan "Ermənistan dövləti naminə", "Yox de Serjə" və özünün başçılıq etdiyi "Mənim addımım" ictimai hərəkatlarla artıq 9-cu gündür, Ermənistanın sabiq prezidenti Serj Sarkisyanın baş nazir təyin edilməsinə qarşı etiraz aksiyalrını keçirir.

Nümayişçilər körpü və küçələri, eləcə də hökumət binalarını təcrid edirlər.

Etiraz iştirakçıları Serj Sarkisyanın ikinci beşillik prezidentlik müddəti başa çatdıqdan sonra baş nazir vəzifəsinə iddia etməyəcəyi vədini yerinə yetirməməkdə günahlandırırlar.

Bundan başqa, etirazçılar Sarkisyan prezident vəzifəsində olduğu 10 il ərzində seçki kampaniyası əsnasında verdiyi vədləri də yerinə yetirməyib.

Serj Sarkisyanın hökumətdə qalmasına qarşı etiraz tədbirlərinə Ermənistanın başqa şəhər və rayonlarında da birləşiblər.

Cümə axşamı Ermənistan prezidenti Armen Sarkisyan və hakim Ermənistan Respublikaçılar Partiyasının bir sıra nümayəndələri etirazçıları dialoqa çağırıblar.

Bu barədə daha geniş