İranlılar kağız pullar vasitəsilə etiraz kampaniyası keçirirlər

Iranian bank notes with political slogans Fotonun müəllifi Twitter / @mohamma22877029

Bir qrup iranlı Twitter istifadəçisi kağız pullar üzərinə şüarlar yazmaqla etiraz kampaniyasına başlayıb.

"Kağız pullar bizim senzuraya uğramayan mesajlaşma vasitəmizdir", istifadəçilərdən biri İranda məşhur olan mesajlaşma proqramı Telegram-ın birdəfəlik bağlanması şaiyələrinə etiraz olaraq yazıb.

"Mən inqilabçıyam", şüarlardan birində deyilir.

Şüarlardan bəziləri isə keçən ilin sonu baş tutmuş hökumət əleyhinə etirazlar zamanı səsləndirilib.

Keçən ilin dekabr ayında etirazçılar küçələrə axışaraq ölkədə sosial və iqtisadi vəziyyətə qarşı narazılıqlarını bildiriblər.

Həmin etirazlar zamanı insanların məlumatı paylaşmaq üçün əsasən Telegram-dan istifadə etdiyi güman olunur.

Aprelin 28-dən bəri farsca #Yüzmin_danışan_əskinaz həştəqi ilə təxminən 8000 tvit paylaşılıb, BBC Monitorinq xəbər verir.

Başqa bir mesajda isə belə deyilirI "Düşmən gözümüzün önündədir, deyirlər Amerikadır".

Bir çox tvitlər isə anonim paylaşıldığı üçün kiliyini müəyyən etmək çətindir.

Twitter ölkədə rəsmən qadağan edilsə də, İranın ali dini rəhbəri, prezidenti və digər rəsmilərinin bu platformada hesabları var.

Fotonun müəllifi Twitter / @N_a_r_r_a_t_o_r
Image caption Pulların birinin üzərində isə məcburi hicaba qarşı etiraza aid şəkil çəkilib

Keçən həftə ali lider Ayətullah Əli Xameneyi Telegram kanalını bağlayaraq bunun "milli maraqlara xidmət etdiyini" bildirib. BBC Monitorinq bildirir ki, bu hərəkət qadağaya işarə kimi qəbul olunur.

İranda təxminən 40 milyon insan - əhalinin təxminən yarısı - Telegram istifadə edir.

Rəsmi şəxslər ondan istifadəni dayandırmağa səsləyiblər.

Telegram bu yaxınlarda şifrələri hökumətə təqdim etməkdən imtina etdiyi üçün Rusiyada da bağlanıb.

Bu barədə daha geniş