Ermənistan: parlament "məxməri inqilab" liderini baş nazir seçmədi

Nikol Paşinyan parlamentdə çıxış edir Fotonun müəllifi AFP
Image caption Nikol Paşinyan parlamentdə çıxış edir

Ermənistan parlamentinin xüsusi iclası Serj Sarkisyan və onun rəhbərlik etdiyi Respublikaçılar Partiyasının hakimiyyətinə qarşı etiraz hərəkatının lideri Nikol Paşinyanı baş nazir seçə bilmədi.

Paşinyanın lehinə 45, əleyhinə 56 millət vəkili səs verdi.

Qələbə üçün 105 nəfərdən ibarət parlamentin 53 üzvünün səsi kifayət edərdi.

58 mandata malik olan Ermənistan Respublikaçılar Partiyası öz namizədini irəli sürməsə də, Paşinyanın namizədliyini dəstəkləmədi.

Serj Sarkisyanın və onun rəhbərlik etdiyi Ermənistan Respublikaçılar Partiyasının (ERP) hakimiyyətdə qalmasına qarşı etiraz hərəkatının lideri Nikol Paşinyanın namizədliyini müxalif "Yelk" (Çıxış) fraksiyası tərəfindən irəli sürülüb. Paşinyanın lehinə 31 üzvü olan "Tsarukyan bloku" dəstəkləyib. 7 üzvü olan Daşnaksutyun fraksiyasının 1 üzvü müxalif namizədin əleyhinə səs verəcəyini bəyan etmişdi.

Seçki qanununa görə, parlament ikinci dəfə baş nazir seçkilərini keçirməlidir. Bu cəhd də nəticə verməsə, ölkə prezidenti Milli Məclisi buraxmalı və 30-45 gün ərzində növbədənkənar parlament seçkiləri təşkil edilməlidir.

Müxalif namizəd parlamentdən birbaşa Yerevanın mərkəzində quraşdırılmış ekranlarda seçki prosesini izləyən minlərlə tərəfdaşlarının yanına getdi.

Paşinyan: "İlham Əliyev Yerevanı alacağı ilə hədələyir"

Ermənistanda Serj Sarkisyanın hakimiyyətdə qalmasına qarşı etiraz hərəkatının lideri Nikol Paşinyan bu gün parlamentdə çıxış edib.

O, Dağlıq Qarabağ münaqişəsilə bağlı danışarkən Azərbaycanın Ermənistana hərbi təhlükə yaratdığını qeyd edib.

Azərbaycan prezidenti İlham Əliyev Ermənistanı hətta Yerevanı alacağı ilə hədələyir, o deyib.

"Biz hamımız anlamalıyıq ki, Azərbaycan rəhbərliyi İlham Əliyevin simasında hər bir imkandan istifadə edərək Dağlıq Qarabağ Respublikasını və Ermənistan Respublikasını hədələyir və hətta Ermənistan paytaxtının fəthindən danışır".

"Biz ölkəmizi qorumaq gücündə olmalıyıq", "Gücdən istifadə təhlükəsinin aradan qalxmasını təmin etməliyik" - o deyib.

Sarkisyanı kreslodan aşıran Nikol Paşinyan kimdir?

"Azərbaycan gücdən istifadə ilə hədələyirsə, o zaman kompromisdən söz gedə bilməz", o deyib.

"Yalnız danışıqlar xətrinə danışıqlar gedir. Münaqişənin həlli ilə bağlı mühit olmadıqca heç bir həll də olmayacaq.

Bu danışıqlar yalnız onda nəticə verə bilər ki, Azərbaycan beynəlxalq ictimaiyyətə aydın mesajlar göndərsin ki, beynəlxalq qanunlara hörmətlə yanaşır və bu kontekstdə konfliktin həllinə hazırdır".

O, ATƏT-in Minsk qrupunda həmsədr ölkələrin Azərbaycanı "bu ritorikasını dayandırmaq üçün bütün güclərindən istifadə edərək qəti və təcili addımlar atacağını" gözlədiyini deyib.

"Bu prosesdə təkcə gücdən istifadə deyil, həm də gücdən istifadə ilə bağlı hədələr də edilməməlidir.

Gücdən istifadə ilə bağlı hədələr dayanmadıqdca biz bir millət kimi bütün qüvvələrimizi bir araya gətirərək ölkəmizi təcavüzdən qorumağa çalışmalıyıq", o bildirib.

"Ermənistanın müdafiə büdcəsini artırmağa ehtiyacı var. Son 15 ildə Ermənistan hərbi xərclərini Azərbaycanınkı ilə balanslaşdırmağı bacarmayıb", o deyib.

Ermənistanda yoxsulluq

O, Ermənistanda yoxsulluqla bağlı danışarkən bildirib ki, xaricdəki erməni diasporasının üzvləri Ermənistana gələrək ölkəyə sərmayə yatırmaq istəyirlər, amma zəngin ermənilər indiyədək gəlib Ermənistanda investisiya yatırmayıblar.

"Çünki onlar 20 gün öncə bu ölkədə mövcud olan reallığı qəbul etmək istəmirdilər".

O, əvvəlki hökuməti "saxta və yalançı" adlandırıb.

Nikol Paşinyan Serj Sargsyanın prezident vəzifəsini bitirdikdən sonra Baş nazir postuna keçməsinə qarşı etirazların və "məxməri inqilab"ın lideridir.

Kompomis

Yalnız Azərbaycan dünyaya gücdən istifadə etməyəcəyi barədə aydın mesaj verərsə, o zaman kompromisdən danışmaq olar, deyə Nikol Paşinyan onun Azərbaycana kompromisə gedib-getməyəcəyi barədə sualı cavablandırarkən deyib.

"Mən cəbhədə olmuşam. Dövlətimi qorumaq üçün silahdan istifadə etmişəm. Ermənistan və Qarabağı müdafiə etmək üçün", o əlavə edib.

"Azərbaycan Ermənistan dövlətini hədələdiyi bir vəziyyətdə kompromisdən söhbət gedə bilməz. Əgər Azərbaycan Dağlıq Qarabağın öz müqəddəratənə həllə etmə hüququnu tanısa bu zaman hansısa kompramisdən söhbət gedə bilər", o çıxışında deyib.

"Biz bütün problemləri və dialoq vasitəsilə həll etmək istəyirik, ölkə daxilində olan siyasi problemləri...".

Image caption Paşinyan axşam xalqa video müraciət ünvanlayıb

Etirazlar

Bundan öncə - mayın 1-nə keçən gecə saat 2-də Facebookda video müraciət yayaraq tərəfdarlarını səhər tezdən Respublika meydanında toplaşmağa çağırıb.

"Biz məlumat almışıq ki, gecə Serj Sarkisyanın başçılığı ilə keçirilən respublikaçıların bir toplantısında sabah gözlənilən Baş nazir seçkilərini pozmaq, yəni xalq namizədinin baş nazir seçilməsinə yol verməmək qərarına gəliblər", - Paşinyan bildirib.

"Serj Sarkisyan və Respublikaçılar Partiyasının yeni planına qarşı durmaq üçün hamınızı sabah tezdən ayaqüstə olmağa, Respublika meydanına toplaşmağa çağırıram. Xalq qalib gəlib və onun qələbəsi de-yure təsdiq ounmalıdır", - o deyib.

Etiraz əvəzinə şənlik olmalıydı

Daha əvvəl, dünənki axşam mitinqində etiraz hərəkatının lideri Nikol Paşinyan tərəfdarlarını mayın 1-də Baş nazir məsələsi üzrə parlamentdə səsvermə zamanı heç bir kütləvi küçə aksiyasına qatılmamağa, parlament yerləşən prospekti bağlamamağa, parlament binası önündə piket təşkil etməməyə çağırmışdı.

O, artıq buna ehtiyac görmədiyini bildirmişdi.

"Ermənistan vətəndaşı öz qələbəsini bayram etməlidir. Mən hamını sabah saat 11-də ümidsizlik, mühacirət, acizlik, qeyri-müəyyənlik üzərində öz şəxsi qələbəsini bayram etmək üçün Respublika meydanına toplaşmağa çağırıram", - Paşinyan bəyan etmişdi.

Paytaxt Yerevandan və Ermənistanın rayon və şəhərlərindən meydanda toplaşanlar burada qurulmuş iri ekranlarda Ermənistan parlamentindən birbaşa yayımda baş nazir seçkilərini izləyə bilərlər.

Fotonun müəllifi Getty Images
Image caption Nikol Paşinyan

Seçkilər saat 12-də keçirilməlidir

Bir neçə saatdan sonra Ermənistan parlamentinin xüsusi iclasında baş nazir seçilməlidir. Yeganə namizəd, Serj Sarkisyan hakimiyyətinə qarşı etiraz hərəkatının lideri, müxalif "Yelk" (Çıxış) parlament fraksiyasının sədri, Vətəndaş Müqaviləsi Partiyasının lideri Nikol Paşinyandır.

Onun namizədliyini rəhbərlik etdiyi fraksiya irəli sürüb. Parlamentdə təmsil olunan digər üç fraksiya, o cümlədən, parlamentin 61 faizini təşkil edən, formal olaraq hələ ki, hakim sayılan Ermənistan Respublikaçılar Partiyası namizəd irəli sürməyiblər.

"Tsarukyan bloku" (31 üzv) və Daşnaksutyun (7 üzv) fraksiyaları Paşinyana səs verəcəklərini bildirib, respublikaçılar (58 üzv) isə "xalq namizədinin" seçilməsinə maneə törətmək niyyətində olmadıqlarını bəyan ediblər.

Fotonun müəllifi AFP
Image caption Ermənistanda etiraz aksiyası

"Xalq bilir nə etsin"

"Odur ki, sabah sizin təklif etdiyiniz namizədin baş nazir seçiləcəyi ehtimalı çox böyükdür", - bazar ertəsi Yerevanın Respublika meydanında minlərlə tərəfdarlarının iştirak etdiyi mitinqdə Paşinyan bəyan edib.

"Kimin Baş nazir olacağı vacıb deyil. Ən vacibi xalqdır, üsyan qaldıran, vəziyyətə idarə edən, hakimiyyətə yiyələnən xalq. Və bu xalq çox gözəl bilir ki, Ermənistanda öz xalqı ilə hesablaşmayan hakimiyyətin azğınlaşması təqdirdə nə etməlidir".

"Bu axşam mən başa düşdüm ki, sabah Milli Məclisdə nə baş verəcəyinin heç bir əhəmiyyəti yoxdur, vacibi Ermənistan Respublikası vətəndaşının qələbəsidir", - Paşinyan deyib.

Paytaxt Yerevandan və Ermənistanın rayon və şəhərlərindən meydanda qurulmuş iri ekranlarda Ermənistan parlamentindən birbaşa yayımda Baş nazir seçkilərini izləyə bilərlər.

Ermənistanda Baş nazir seçkilərini işıqlandırmaq üçün 100-dən çox xarici KİV jurnalisti akreditə olunub, Facebook səhifəsində Ermənistan XİN-in mətbuat katibi Tiqran Balayan qeyd edib.

Bu barədə daha geniş