Ermənistanda etirazların ilk günündən yürüşçülərin yanında olmuş it hərəkatın talismanına çevrilib

Chalo the dog in Yerevan's Republic Square Fotonun müəllifi Radio Azatutyun
Image caption Çalo adlı it müxalifətçi yürüşçülərlə birgə 200 km uzunluğunda yol keçib Yerevana çatanda yol qəzasına düşüb.

Ermənistanda küçə iti etiraz hərəkatının talismanına çevrilib.

Gümri şəhərində başlamış hərəkatın ilk günündən Çalo adlı it yürüşçülərin və müxalifət lideri Nikol Paşinyanın yanında olub, onlarla bir yerdə 200 km uzunluğu olan yolu keçib.

Yürüşçülər paytaxt Yerevana çatanadək Çalo 14 gün ərzində onlarla birgə yürüyüb, lakin Yerevana çatar-çatmaz yol qəzasına düşüb - iti maşın vurub.

Sürücü maşını ilə hadisə yerindən qaçsa da, Nikol Paşinuyanın tərəfdarları qəzaya düşmüş itə baxıb, ona qayğı göstəriblər.

Nəticədə it sağalıb və etirazçılara yenidən qoşulmaq həvəsinə gəlib.

ABŞ tərəfindən maliyyələşdirilən Azadlıq radiosunun ermənidili redaksiyası Azatutyun-un verdfiyi xəbərə əsasən, Çalo bazar günü Yerevanın mərkəzində Teatr meydanında keçirilmiş mitinqdə yenidən etirazçıların yanında olub.

Həmin mitinqdə Nikol Paşinyan deyib ki, Çalonun rəsmi adı "Kaylodur", bu isə erməni dilində "addımını at" ifadəsi kimi səslənir.

Ermənistanda etiraz hərəkatının lideri Nikol Paşinyanın baş nazir vəzifəsinə gələcəyi gözlənilir.

Çalo adlı itin etiraz hərəkatının talismanı seçilməsi müxalifət lideri tərəfindən ağıllı atılmış addım kimi yozulur, çünki indi o, sosial mediada heyvansevər bir insan kimi də alqışlanmaqdadır.

Onun pərəstişkarlarından biri olan müğənni və nəğməkar Andre Simonian öz Facebook səhifəsində yazıb ki, Paşinyan onun şərəfinə qurban kəsilməsi mərasimlərindən imtina edib.

Simonyan nənəsinin ona dediyi sözləri də xatırladıb: "Heyvanları sevən və onlara qayğı göstərən adama həmişə etibar etmək olar".

Fotonun müəllifi Asekose TV
Image caption Çalo etiraz yürüşləri zamanı Paşinyanı müşaiyət edib

Baş naziri istefa verməyə məcbur etmiş etiraz hərəkatının rəhbəri Nikol Paşinyan deyib ki, ölkənin yeni rəhbəri onun özü olacaq.

Serj Sarkisyan vəzifəsindən aprelin 23-də istefa verib.

O, hakimiyyəti zəbt etməkdə ittiham olunur və baş nazir kimi andiçmə mərasimi keçirildikdən cəmi bir neçə gün sonra vəzifəsindən istefa verib.

Bu barədə daha geniş