Erməni ulduzlar etirazlar barədə nə düşünür? Kim Kadashian, Şarl Aznavur, Stas Namin və başqaları

Серж Танкян, Ким Кардашьян и Стас Намин (Анастас Микоян)

Xaricdə olan erməni diasporası bir neçə milyon insana sahibdir və bu diasporanın bəzi tanınmış nümayəndələri ölkənin uzun illərdən bəri lideri olan Serj Sarkisyanın istefa verməsi və son həftələrdə ölkədə baş verən hadisələrə münasibət bildiriblər.

Qərbdə yaşayan məşhur ermənilər ya System Of A Down rok qrupunun lideri Serj Tankian kimi kütləvi etirazları dəstəkləyirlər, ya da Sharl Aznavur kimi zorakılıqdan çəkinməyə çağırırlar.

Rusiyada yaşayan ermənilərin fikirləri müxtəlifdir: bəziləri etirazçıları, bəziləri isə hakim partiyanı tənqid edir.

Serj Tankian - əsl demokratiya haqqında

Amerikanın System Of A Down rok qrupunun solisti Serj Tankian Ermənistandakı etirazları lap əvvəldən fəal şəkildə şərh edir və etirazçı hərəkatı dəstəklədiyini bildirir.

O, ən son baş verən hadisələrə, daha dəqiqi hakim Ermənistan Respublikaçılar Partiyasının (ERP) Nikol Paşinyanın baş nazir təyin edilməsinə etirazına da münasibət bildirib.

Mayın 2-də Tankian və daha 4 məşhur erməni sənət adamı etiraz hərəkatının davam edəcəyinə və erkən demokratik seçkilərin keçirilməsinə gətirib çıxaracağına inamı ifadə edən bəyanat yayıblar.

Fotonun müəllifi Kevin Winter
Image caption System Of A Down rok qrupunun solisti Serj Tankian xalq etirazının lehinədir

"Sizin həmrəyliyiniz və məqsədə doğru getməyiniz Ermənistanda əsl demokratik dəyişiklikıərin yaranmasına yol açdı. Biz bu seçkilərin mümkün qədər tez keçirilməsinə çağırırıq, çünki bu xalqı təmsil edən əsl hökümət olacaqdır."

Aznavur-dialoq tərəfdarıdır

Uşaqlıqda Shahnur Aznavuryan adlandırılan məşhur fransız şansonu Sharl Aznavur Sovet İttifaqı illərində Ermənistana aktiv maddi yardım göstərmiş və daim öz tarixi vətəni ilə əlaqəsi olduğunu qeyd etmişdir.

Etirazlardan 4 gün sonra , aprelin 21-də Aznavur tərəfləri dialoqa səsləyən bəyanatla çıxış edib.

"Mən uzaqda olsam da ürəyim hər zaman Ermənistanladır. Mən hazırki vəziyyətdən çox narahatam. Bütün tərəfləri danışıqlar masası ətrafına toplaşmağa və zorakılığa yol verməməyə səsləyirəm", Mayda 94 yaşı tamam olacaq müğənninin bəyanatında belə deyilir.

Kardashian - yaxşı hər şey üçün

Amerikalı TV ulduzu Kim Kardashian Serj Sarkisyan istefa verdikdən bir gün sonra, aprelin 24-də Twitter hesabında belə yazıb: " Dinc etiraz nümayişində birləşən ermənilərin dəyişikliklərə nail olmasını görmək çox ürəkaçandır ".

Kardashian bu sözləri əlindən tutduğu yaşlı qadınla birgə köhnə fotosunun altında yazıb. Kardashian tvitlərinin erməni oxucuları qeyd ediblər ki, bu qadın etirazçı kimi deyil, məhz Sarkisyanın və Respublikaçılar Partiyasının tərəfdarı kimi tanınır.

Kardashian daha sonra Twitter-də erməni siyasətini şərh etməyib, lakin ənənəvi olaraq tvitləriylə 1915-ci ildə, Türkiyədə erməni soyqırımı ilə bağlı xatırlatma edib.

Amerikalı ulduz soyqırımla bağlı digər amerikalı erməni tərəfindən hazırlanan zərgərlik məmulatlarını - "Erməni soyqırımı qurbanlarının anım rəmzi - unutma məni çiçəyi" reklamını da paylaşıb.

İdmançılar siyasətdən kənarda

Erməni əsilli məşhur idmançıların çoxu Ermənistanda baş verən son hadisələrə münasibət bildirməyiblər, hətta dəfələrlə erməni kökləri olduğunu qeyd edənlər belə.

Aparılan araşdırmalar nəticəsində məlum olub ki, nə anası erməni olan fransız futbolçu Youri Djorkaeff, nə də onun yığma komandadakı keçmiş həmkarı Alain Boghossian, nə də argentinalı tennisçi David Pablo Nalbandian heç bir şey yazmayıblar və deməyiblər.

Buna baxmayaraq Djorkaeff və Nalbandian ənənəvi olaraq soyqırım gününü öz tvitləriylə qeyd ediblər. Onlar bunu hər il qeyd edirlər.

Fotonun müəllifi Getty Images
Image caption Henrikh Mkhitaryan soydaşlarını sakitliyə çağırıb

Eyni şey amerikalı müğənni Cher-ə (Cherilin Sarkisyan) də aiddir. O da soyqırıma münasibət bildirsə də, hazırkı siyasətlə bağlı hansısa münasibət bildirməyib.

"Arsenal" klubunun hücumçusu Henrikh Mkhitaryan aprelin 23-də Serj Sarkisyan istefa verdikdən sonra Facebook səhifəsində erməni olduğu üçün qurur duyduğunu və soydaşlarını bütün fikir ayrılıqlarını dinc yolla həll etməyə çağırıb.

Növbəti gün isə o, bütün ölkələri 1915-ci il qırğınını soyqırım kimi rəsmən tanımağa çağırıb. Ancaq Mkhitaryan-ı diaspora üzvü hesab etmək olmaz, çünki o Ermənistandan olan ermənidir, sadəcə xarici klubda oynayır.

Miqranyan izdihama qarşı

Ermənistanda doğulan politoloq Andranik Miqranyan ölkəsində baş verən hadisələri şərh etdiyi qəzəbli çıxışının video yazısı sosial şəbəkələrdə geniş yayılıb.

"Etirazçılar adından nümayəndə heyəti formalaşdırmaq lazımdır. Qoy bu heyət öz tələblərini formalaşdırsın və hökumət nümayəndələri ilə görüşsün.

Normal sivil danışıqlar prosesi başlasın, yoxsa bu həyasızlar, çirkab ölkədə kimin necə yaşayacağını diktə edəcəkdir! Rüsvayçılıqdır. Mən belə halda erməni olmağıma görə utanıram"-deyə Miqranyan bildirib.

Fotonun müəllifi Getty Images
Image caption Diasporadan olan məşhur ermənilər etirazları bundan sonra da dinc qalmağa çağırıb

Qabrelyanov Paşinyana qarşı

Naşir Aram Qabrelyanov son günlər Facebookda davamlı olaraq fikirlərini paylaşır və burada etirazçıların lideri Paşinyana qarşı təhqir edici ifadələrdən istifadə edir.

Bəzi nüanslar ehtimal verir ki, Qabrelyanovu da Miqranyan kimi xalq hərəkatı nəticəsində Rusiyanın müttəfiq ölkəsindəki hakimiyyət dəyişikliyi narahat edir.

"Təlxək hələ hakimiyyətə gəlməyib, amma Amerika xüsusi xidmət orqanlarının maliyyəsi hesabına işləyən erməni KİV-i anti Rusiya kampaniyasına başlayıb. Ona görə də təlxək Paşinyanın Rusiya ilə dostluğu barədə ifadələri yalandır!" Qabrelyanov çıxışlarından birində deyib.

Stas Namin - xalq üçün

Məşhur musiqiçi və prodüsser, Moskva ermənisi Stas Namin (Anastas Mikoyan) "Biznes -FM" radiostansiyasına müsahibəsində Serj Sarkisyanın sülh yolu ilə əvəzlənməsinə sevindiyini bildirib.

"Məncə bu çox nadir hallarda olur ki, hakimiyyət qan tökmədən və ağır cəza tədbirləri həyata keçirmədən xalqın fikri ilə razılaşır. Mən demək olar ki tarixdə belə halları xatırlamıram. Məncə bu, xalqın sivil səviyyəsinin göstəricisidir. Bu qələbədir, təbrik edirəm",-deyə Stas Namin bildirib.

Fotonun müəllifi Kevin Winter
Image caption Stas Namin (sağda) Boris Qrebenşokovla, 2003-cü il

Armen Qriqoryan- diktator dəstəsinə qarşı

Digər məşhur erməni əsilli moskvalı musiqiçi, "Krematoriy" qrupunun lideri Armen Qriqoryan "Biznes FM"-ə müsahibəsində etirzçlıları dəstəklədiyini bildirib.

Ümumxalq mitinqlərini şərh edərkən Qriqoryan belə deyib: "Bu, xalqın səbr kasasının daşdığının göstəricisdir, buna görə də bunlar baş verdi və nəticədə bu kiçik diktator istefaya getməli oldu. Ümidvaram ki gələcəkdə onun mafiya söhbətləri aparan dəstələri də gedəcəklər. Xalq sadəcə buna dözməkdən yoruldu".

Bu barədə daha geniş