İranda yüzlərlə adam göbələkdən zəhərlənib, 11 nəfər ölüb

A highly poisonous mushroom called a death cap pictured in Berlin, Germany Fotonun müəllifi Getty Images
Image caption Zərərçəkənlərin hansı göbələyi yedikləri məlum deyil, ancaq İranda "ölüm papağı" adlanan zəhərli göbələklər geniş yayılıb

İranın qərbində 800 nəfərdən çox adam göbələkdən zəhərlənib. Zəhərin təsirindən 11 nəfərin öldüyü bildirilir.

Bu cür zəhərlənməyə qarşı heç bir effektiv müalicə mövcud deyil, İranın Tasnim xəbər agentliyi bildirir.

Bir çox xəstənin qaraciyər köçürülməsinə ehtiyacı var, xəbərdə adı çekilməyən səhiyyə rəsmisinə istinadən bildirilir.

İnsanlara açıq şəkildə göbələk almamaq xəbərdarlığı edilib.

İranın qərbindəki dağlıq ərazilərdə yaz yağışından sonra zəhərli göbələklər yetişir, Tasnim bildirir.

Ölənlərdən yeddisinin Kermanşah əyalətindən olduğu bildirirlir.

İranın İRİNN televiziya kanalı bir-birinə çox bənzəyən zəhərli və yeməli göbələklərin necə fərqləndirilməli olduğu barədə məlumat yayır.

Bu barədə daha geniş