Fransız jurnalı Erdoğana "Diktator" dedi, ölkə prezidenti Macron jurnalı dəstəklədi

Erdoğan Fotonun müəllifi Twitter
Image caption Fransa jurnalı Türkiyə prezidentini "diktator" kimi təqdim edib

Üz qabığında Türkiyə prezidenti Recep Tayyip Erdoğanın "Diktator" sərlövhəsi ilə fotosunu verən Fransız Le Point jurnalı "Erdoğan tərəfdarlarının zorakılığına məruz qaldığını" bildirib.

Məsələ ilə bağlı Fransa prezidenti Emmanuel Macron açıqlama verərək zorakılığın "qəti şəkildə qəbul edilmədiyini" deyib.

Macron bazar ertəsi günü Twitter hesabında yazıb ki, "mətbuat azadlığı əvəzolunmazdır, bunsuz diktatorluqdur".

Jurnalın bu nömrəsi çapdan çıxdıqdan sonra Fransanın cənubundakı Avington şəhərində bəzi türk vətəndaşları jurnalın reklamlarını bağlamağa çalışıblar.

Bazar günü isə Valence şəhərində eyni hadisələr baş verib.

Le Point jurnalından bildirilib ki, "onlara qarşı sosial mediadan da təhqirlər, həqarət yağır, hədələnirlər və ünvanlarına anti-semit böhtanlar atılır".

Sol baxışlı jurnalın son sayında Türkiyə prezidenti Erdoğan, onun hakimiyyət dövrü ilə bağlı araşdırma yazısı və "Erdoğan yeni Hitlerdimi" başlıqlı məqalə dərc olunub.

"Diktator" deyərək o günləri geri qaytara bilməzsiniz".

Türkiyə prezidentinin sözçüsü İbrahim Kalın jurnalın son sayının çapından sonra Twitter hesabında yazıb ki, "bir fransız jurnalı cənab Erdoğana diktator deyib. Bu hücumlardan xəbərdarıq. Məqsədlərinin nə olduğunu bilirik. Türkiyənin sizdən təlimat aldığı günlər geridə qaldı. "Diktator" deyərək o günləri geri qaytara bilməzsiniz".

AKP hökumətinə yaxın bəzi media orqanlarında bəzi şəxslərin jurnal reklamlarına müdaxilə etdiklərinə dair görüntülər paylaşılıb.

Bu barədə daha geniş