Kremlin sərt tənqidçisi rusiyalı jurnalist Arkadiy Babchenko sağdır

Arkady Babchenko Fotonun müəllifi Getty Images
Image caption Jurnalist Arkadi Babçenko: "Mən hələ sağam"

Ötən gün qətlə yetirildiyi xəbəri yayılmış Kremlin sərt tənqidçisi rusiyalı jurnalist Arkadi Babçenko sağdır.

Hüquq-mühafizə orqanları bildiriblər ki, jurnalistin qətlini hazırlamaqda şübhəli sayılan şəxs saxlanılıb.

Babçenkonun özü jurnalistlər qarşısında çıxış edib.

Kiyevdə jurnalist Arkadi Babçenkonun qətlini Rusiyanın xüsusi xidmət orqanları sifariş edib, Ukrayna Təhlükəsizlik Xidmətinin (SBU) rəhbəri Vasili Qritsak mətbuat konfrasında bildirib.

Ötən gün Ukrayna polisi xəbər verib ki, jurnalistə qarşı onun Kiyevdəki mənzilində sui-qəsd törədilib və o, təcili yardım maşınında ölüb.

Babçenko jurnalistlərin qarşısına SBU-nun birifinqində çıxıb, brifinq "112 Ukrayna" televiziya kanalında canlı yayımda göstərilib.

Arkadi Babçenko da mətbuat konfransında çıxış edib.

Məlumata görə, onun öldürülməsi sifarişi barədə şübhələr iki ay əvvəl bəlli olub.

Ona bir ay əvvəl deyilib ki, "qətlə yetirilməsi sifariş edilib".

Babçenkonun sözlərinə görə, ona göstərilmiş sənədlərdən sonra o, bu fikrə gəlib ki, bu məsələdə Rusiya xüsusi xidmətlərin əli var.

Babçenko onun ölüm xəbərinin elan edilməsini nəzərdə tutan Ukrayna xüsusi xidmətlərinin əməliyyatında iştirak etməyə razılıq verib.

"Mən hələ sağam. Ölümümü görə bilməyəcəklər", - rusiyalı jurnalist çıxışını bu sözlərlə bitirib.

Bu barədə daha geniş