Gürcüstan: Etirazçılar baş nazirin istefasını tələb edirlər

Tbilisi etiraz, Baş nazirə istefa çağrışı, Gürcüstan, Tbilisi, parlament, etirazlar
Image caption Tbilisidə parlament binası qarşısında etiraz aksiyası

Gürcüstanın baş naziri Giorgi Kvirikaşvili parlamentin önünə gələrək etirazçılar qarşısında çıxış edib və bu, onları daha da hiddətləndirib. Etiraz edən kütlə onu "get, get, get, aşağı addım at" kimi şüarlarla istefa verməyə çağırıb.

Bu barədə BBC Monitorinqin məlumatında deyilir.

Etirazçılar baş nazirə bəzi əşyalar da atıb, yerli mətbuat yazır.

Baş nazir jurnalistlərə istefası üçün hələ vaxtın çatmadığını deyib.

Bir neçə gündür Gürcüstanın paytaxtı Tbilisidə parlament binasının qarşısında Zaza Savalidze və onun tərəfdarları etiraz aksiyası keçirirlər.

Onlar 2017-ci il dekabrında Zaza Savalidzenin oğlu və başqa bir yeniyetmənin kütləvi davada qətlindən sonra Tbilisi şəhər məhkəməsinin çıxardığı qərarı "ədalətsiz" sayırlar.

"Ədalətsiz qərardan" şikayətçi olan valideynlər və onları dəstəkləyən vətəndaşlar parlament binası önündə çadır qurub və etiraz aksiyalarına başlayıblar.

Mayın 31-də Tbilisi şəhər məhkəməsinin qərarından sonra Gürcüstanın baş prokuroru Irakli Shotadze istefa verib.

Etirazçılar yeniyetmələrin qətlinin araşdırılmasında səhlənkarlığa yol verən hər kəsin cəzalandırılmasını və yüksək vəzifəli dövlət rəsmilərinin istefasını istəyirlər.

Baş nazir Giorgi Kvirikaşvili mətbuata müsahibəsində deyib ki, Daxili İşlər Nazirliyi yenidən istintaqa başlayacaq və araşdırmalara o özü nəzarət edəcək.

Yerli mətbuatın yazdığına görə, müxalifət partiyaları etiraz aksiyalarına dəstək verir.

Dünən gecə Gürcüstanın prezidenti Georgi Margelaşvili parlamentin qarşısına, etirazların keçirildiyi yerə gəlib və aksiya təşkilatçısı olan vaideynlərlə görüşüb.

Etiraz aksiyaları bu gün yenə davam etdiriləcək.

Bu barədə daha geniş