2018 Futbol üzrə Dünya Çempionatı: Daha 3 oyun keçiriləcək

top Fotonun müəllifi Getty Images

Futbol üzrə Dünya Çempionatında bu gün daha 3 oyun gözlənir.

Rusiyada keçirilən çempionatda bu gün İsveç-Cənubi Koreya, Belçika-Panama, Tunis-İngiltərə yığmaları qarşılaşacaq.

İsveç -Cənubi Koreya Nijni Novqorod, Belçika-Panama Soçi, Tunis-İngiltərə komandaları Volqoqrad şəhərlərində oynayacaqlar.

Oyunlar Bakı vaxtilə saat 4.00, 7.00 və 10.00-da keçiriləcək.

Həftənin bazar günü Meksika Almaniya yığmasını 1:0 hesabı ilə udub.

Kosta Rika ilə Serbiya arasında da hesab 0:1 olub. Braziliya və İsveçrə isə 1:1 hesabı ilə oyunu başa vurub.

Çempionatda 32 yığma oynayır.

Oyunlar Rusiyanın 11 şəhərində keçirilir.

DÇ-2018-də Rusiya, Almaniya, İngiltərə, Belçika, İslandiya, İspaniya, Polşa, Portuqaliya, Serbiya, Fransa, İsveçrə, Xorvatiya, İsveç və Danimarka, Braziliya, Kolumbiya, Uruqvay, Argentina, Peru, İran, Yaponiya, Cənubi Koreya, Səudiyyə Ərəbistanı və digər ölkələrin komandaları yarışır.

Təqvimə görə final oyunu iyulun 15-də Moskvada keçiriləcək.

Bu barədə daha geniş