İranlı qadınlar həbs edilmiş Instagram istifadəçisini rəqslə dəstəkləyirlər

Maedeh Hozhabri Fotonun müəllifi Maedeh Hozhabri/Instagram

İranlı qadınlar həbs edilmiş yeniyetməyə dəstək olmaq üçün rəqslərini videoya çəkərək sosial şəbəkələrdə paylaşıblar.

İran və qərb müsiqisinə rəqslərinin videoları ilə tanınan Mayedəh Hocəbrinin Instagram-da minlərlə təqibçisi var.

Cümə günü, İran dövlət televiziyası onun bunu "etiraf" etdiyi təsvir edən videonu yayımlamışdı.

Sosial media istifadəçiləri #rəqs_etmək_cinayət_deyil mənasını daşıyan həştəq daxil olmaqla, bir çox həştəqlə gənc rəqqasəni dəstəkləyən şərhlərini və videolarını sosial şəbəkələrədə paylaşıblar.

İran hökumətinin qadınların geyimilə bağlı sərt qanunları var və onlar üçün ictimai yerlərdə, yaxın qohumları istisna olmaqla, kişilərlə rəqs etmələri qadağandır.

Yeniyetmənin paylaşdığı rəqs videolarında onun qanunla tələb olunan baş örtüyünü geyinmədiyi görünür.


Həmçinin oxuyun:


Yerli xəbərlərə görə, bir çox başqa rəqqasə də son həftələr ərzində həbs edilib.

Bloger Hüseyn Rövnaği deyib: "Dünyanın hansısa bir yerində kiməsə desəniz ki, uşaq təzavüzkarları və digər cinayətkarlar azad olarkən 17 və 18 yaşlı qızlar rəqslərinə, xöşbəxtlik və gözəlliyinə görə ləyaqətsizlik ittihamları ilə həbs edilir, onlara gülərlər! Çünki onlar üçün bu inanılmaz olacaq!"

Bir Twitter istifadəçisi yazıb: "Mən rəqs edirəm ki, onlar baxıb anlasınlar ki, Mayedəh kimi qızları və yeniyetmələri həbs etməklə, bizim xoşbəxtliyimizi və ümidlərimizi bizdən ala bilməzlər".

Bu rəqqasələrin İranda həsblə üzləşmələrinin ilk halı deyil.

Bu il, Məşhəd şəhərində bir ticarət mərkəzində qadınlarla kişilərin rəqs etdiyini göstərən bir video yayıldıqdan sonra, yerli hakimiyyət rəsmisi həbs edilmişdi. Avqustda isə altı nəfər Zumba rəqsi etdiklərinə görə həbs edilmişdi.

2014-cü ildə, Pharrell Williams-ın "Happy" adlı mahnısına rəqs videosunu paylaşan altı gənc iranlıya bir ilədək şərti həbs cəzası və 91 şallaq verilmişdi.

Bu barədə daha geniş