Ermənistan Baş nazirinin oğlu əsgərliyini Dağlıq Qarabağda keçirəcək

Aşot Paşinyan anası Anna Hakobyanla çağırışçıların toplanma mərkəzində Fotonun müəllifi factor.am
Image caption Aşot Paşinyan anası Anna Hakobyanla çağırışçıların toplanma mərkəzində

Ermənistan Baş nazirinin oğlu Aşot Paşinyan iki illik məcburi həqiqi hərbi xidmətini Dağlıq Qarabağda keçirəcək.

Bazar ertəsi çağırışçıların Ermənistan mərkəzi toplanış məntəqəsində çağırışçı Aşot Paşinyan jurnalistlərə deyib ki, Qarabağda yerləşən hərbi hissəyə "düşmək üçün" o, ərizə yazıb.

"Mən Dağlıq Qarabağda ön xətdə xidmət edəcəyəm... Konkret hansı hərbi hissəyə düşəcəyim isə qəbul olunmuş qayda əsasında, çağırışçılar arasında püşk atmadan sonra məlum olar", - Baş nazir Nikol Paşinyanın oğlu deyib.

Səhər oğlunu əsgərliyə yola salan valideynlər arasında Aşot Paşinyanın anası Anna Hakobyanı da görmək olardı, BBC News Azərbaycanca müxbiri xəbər verir.

Günortadan sonra toplanış məntəqəsinə çağırışçının atası, Baş nazir Nikol Paşinyan gəldi. Müdafiə naziri David Tonoyan və başqa yüksək rütbəli hərbçilərin müşayiətilə Nikol Paşinyan toplanış məntəqəsini dolaşdı, çağırışçılarla söhbət edib, onların əhval-ruhiyyəsilə maraqlandı və jurnalistlərin suallarına cavab verdi, müxbirimiz deyir.

Fotonun müəllifi factor.am
Image caption Baş nazirlə həyat yoldaşı övladları ilə əsgərliyə yola düşməzdən vidalaşırlar

Oğlunun ön xətdə xidmət etməsilə bağlı narahatlığına dair sualı cavablandıran Ermənistan Baş naziri deyib: "Narahatam, ordumuzun başqa əsgərlərin taleyilə narahat olduğum dərəcədə. Nə bundan az, nə də bundan çox. Bu baxımdan, mənim öz övladım barədə başqa əsgərlərdən daha çox narahat olmağa rəsmən haqqım yoxdur", o bildirib.

Ötən əsrin 80-ci illərinin sonlarında başlayan müharibə nəticəsində Azərbaycan Dağlıq Qarabağ və ətraf rayonlara nəzarəti itirib. Hazırda erməni silahlı qüvvələrinin işğalı altında olan ərazilərə Ermənistan dəstək göstərir.

Fotonun müəllifi factor.am
Image caption Baş nazir Paşinyan hesab edir ki, məcburi hərbi xidmət məsələsində ayrıseçkilik olmamalıdır - məmurların övladları da hamı kimi və eyni şəraitdə xidmət etməlidirlər

Bu barədə daha geniş