Uşaq ikən alkoqol içən iranlı 10 ildən sonra şallaqlanıb

File photo showing an Iranian police car in Tehran (10 April 2018) Fotonun müəllifi AFP
Image caption İran qanunvericiliyinə əsasən, 100-dən çox xəta üçün şallaq cəzası nəzərdə tutulur.

Amnesty İnternetional təşkilatı 14 və ya 15 yaşlarında ikən spirtli içki içən iranlının 10 il keçmiş cəzalandırılmasına görə İranı qınayıb.

Kaşmar şəhərində şallaq alan iranlının adi yalnız "MR" kimi verilir.

Onun ağaca bağlanaraq cəzalandırılmasını təsvir edən fotoşəkillər dərc edilib.

Cəzanın hadisədən 10 ildən çox müddət keçəndən sonra nə üçün icra olunduğu aydın deyil.

Fotoşəkillərdə üzü maskalı bir şəxsin ağaca bağlanmış gəncə şallaq vurduğunu görmək olar. Azsaylı kütlə baş verənləri məsafədən izləyir.



Amnesty İnternational qrupunun Yaxın Şərq və Şimali Afrika departamentinin direktoru Philip Luther-in sözlərinə görə, bu hadisə tamamilə "şoka salır" və İran hakimiyyətinin yanlış prioritetlərinin "dəhşətli bir nümunəsidir".

"Heç kim, yaşından asılı olmayaraq, şallaqla cəzalandırılmamalıdır, bir uşağın spirtli içkinin istehlakı üçün cəzalandırılması və 80 şallaq alması inancı sarsıdır".

Kaşmarın prokuroruna əsasən MR-in spirtli içki içdiyi bir toyda dava düşüb və 17 yaşlı oğlan öldürülüb. Hərçənd ki, MR-in qətlə aidiyyəti olmadığı qeyd edilir.

İran İslam Cəza Məcəlləsinin 265-ci maddəsi, alkoqolun qəbuluna görə 80 şallağın vurulmasını nəzərdə tutur.

İranda oğurluq, vandalizm, fırıldaqçılıq, zinakarlıq, evlənməyən kişi və qadın arasında yaxınlıq, habelə "ictimai əxlaqın pozulması" kimi cinayətlər şallaq vurulmaqla cəzalandırılır.

Cənab Lutherə əsasən İran bütün fiziki cəzaları ləğv etməlidir.

"Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Konvensiyaya tərəf olaraq, İran işgəncələrə, digər qəddar, qeyri-insani, ləyaqəti alçaldan rəftara və ya cəzaya qadağa barədə öz öhdəliyinə əməl etməlidir".

"İranın bu cəzalara izn verib, dini əxlaqı müdafiə etmək adına onlara haqq qazandırmaq sadəcə qəbuledilməzdir".

2014-cü ildə ABŞ müğənnisi Pharrell Williams-ın Happy mahnısının sədaları altında rəqs etmiş və həmin rəqsin videoyazısını sosial şəbəkədə yerləşdirmiş 6 iranlı 91 şallaq və həbs cəzasına məhkum olunmuşdu.

Bu barədə daha geniş