Rusiyalılar "Trump-dan üstün olduğuna gör"ə prezidentləri ilə fəxr edirlər

Putin və Trump Helsinki, 16 iyul 2018 Fotonun müəllifi Reuters

Donald Trump Helsinkidəki davranışına görə Amerikada genişmiqyaslı tənqidlərə məruz qalıb. Onun rusiyalı həmkarı Vladimir Putin isə əksinə tərif atəşinə tutulub.

Rusiyada siyasətçilər bir-birinin ardınca Helsinki sammitinin nəticələri ilə bağlı həvəslə danışırlar.

"Bu, siyasi dialoq yaratmaq yolunda ilk mühüm addımdır," Rusiya parlamentinin Yuxarı Palatasının spikeri Valentina Matviyenko deyib.

"Biz ortaq məxrəcə gəlmək istəyən iki liderin görüşünə şahid olduq," Rusiya senatorlarından biri Konstantin Kosaçev bildirib.

Krem yönlü Komsomolskaya Pravda qəzeti isə prezident Putinin daha güclü lider olduğunu təsvir etmək üçün bədən dili mütəxəssisindən məsləhət alıb.

"Əl görüşü zamanı Donald Trump kontakta açıq olduğunu nümayiş etdirmək üçün adətən açıq ovcunu qarşısındakı insana doğru uzadır.

Sonra isə opponentinin əlini özünə tərəf dartır.

Amma Helsinkidə o, Putinin əlini heç bir əlavə hərəkət etmədən, normal formada sıxdı.

Bu isə görüşün nəticəsini və ötən il ərzində baş verən hadisəni əks etdirir: Trump Putinə dominantlıq etməyi bacarmadı."

Moskovskiy Komsomolets tabloidi isə iddia edir ki, "Vladimir Putin ilə müqayisədə sakit, təvazökar Trump solğun görünürdü. Putinin ABŞ prezidentindən üstün olduğu açıq-aşkardır.

Bu, fəxrlə yanaşı, narahatçılığa da səbəb olur. Çünki Trump-dan üstün olmaq, ABŞ siyasi sinfindən üstün olmaq mənasına gəlmir. Qorxuram ki, çox keçməz Washington-dan cavab gələr."

Bu isə Helsinkidən sonra, Kreml üçün potensial problem olduğunu önə çıxarır.

Cənab Trump kağızda Moskva üçün mükəmməl Amerika prezidenti ola bilər. Helsinkidə baş tutan mətbuat konfransında ola bilsin ki, o, Rusiyanın 2016-cı il ABŞ seçikilərinin nəticəsinə müdaxiləsi ilə bağlı öz kəşfiyyat agentlikləri ilə həmfikir olmadığını göstərib.

Ola bilsin ki, o, ABŞ-Rusiya münasibətlərinin soyuqluğunda təkcə Moskvanı günahlandırmamaq gərəkdiyini dilə gətirib.

Ola bilsin ki, o, fərqləri aradan qaldırmaq üçün administrasiyasının işləyəcəyinə söz verib.

Bəs cənab Trump sözünü tutmaq iqtidarında olacaqmı?

Sizin qurğunuzda yenidən səsləndirmə mümkün deyil
Siz tətilinizi Donald Trump, yoxsa Vladimir Putin kimi keçirmək istərdiniz?

Onun Helsinkidəki çıxışı Amerikada elə bir qəzəbə səbəb olub ki, ABŞ siyasi elitası Trump administrasiyasının Moskva ilə aranı düzəltmək cəhdlərinə dərin şübhə ilə yanaşır.

Mərkəzi Kəşfiyyat Agentliyinin keçmiş direktoru John Brennan prezident Trump-ın Vladimir Putin ilə konfransını "xəyanətdən fərqlənməyən" adlandırıb.

Donald Trumpın Helsinkidə baş tutan mətbuat konfransındakı davranışı "yüksək cinayət və yaramazlıq" kandarına çatır və hətta keçir. Xəyanətdən heç bir fərqi qalmadı. Onun fikirləri ağlasığmaz olmaqla yanaşı, özü də tamamilə Putinin ağuşunda idi. Respublikaçı Patriotlar: Hardasınız???

Konqresdəki əsas respublikaçı Palata Spikeri Paul Ryan ictimai şəkildə cənab Trumpa zidd iddialar edib: "Rusiyanın bizim seçkilərə qarışdığına dair heç bir şübhə qalmayıb və hələ də həm bizim, həm də dünya demokratiyasını sarsıtmaqda davam edir... prezident, Rusiyanın bizim müttəfiqimiz olmadığın anlamalıdır."

Respublikaçı senator John McCain Donald Trump-ın Helsinkidəki çıxışını "biabırçı" kimi təsvir edib.

Xüsusi Müşavir Robert Muellerin başçılığı ilə Rusiyanın ABŞ seçkisinə müdaxiləsi üzrə davam edən istintaqa nəzər salsaq, görərik ki, bu kəskin atmosferdə "Rusiya ilə münasibətləri yaxşılaşdırmaq" istəyən prezidentin manevr etməyə yeri yoxdur.

Bu barədə daha geniş