Qazaxıstan: Aktauda Xəzərin hüquqi statusuna dair Konvensiya imzalanıb

Foto-Arxiv
Image caption Foto-Arxiv

Qazaxıstanın Aktau şəhərində bu gün Xəzəryanı dövlətlərin dövlət başçılarının zirvə görüşü keçirilib.

Sammitn yekununda Xəzərin hüquqi statusuna dair Konvensiya imzalanıb.

Sənəd imzalandıqdan sonra Xəzəryanı dövlətlərin başçıları - Qazaxıstan prezidenti Nursultan Nazarbayev, Azərbaycan prezidenti İlham Əliyev, İran prezidenti Həsən Ruhani, Rusiya prezidenti Vladimir Putin və Türkmənistan prezidenti Qurbanqulu Berdıməhəmmədov mətbuat üçün bəyanatlarını səsləndiriblər.

Dövlət başçıları müzakirə edilən əsas məsələlər arasında Xəzərin hüquqi statusu, Xəzər bölgəsində iqtisadiyyat, nəqliyyat, ekologiya və bioresursların qorunmasına dair əməkdaşlıq, bölgədə və qlobal miqyasda təhlükəsizlik kimi məsələləri qeyd ediblər.

Xəzərin hüquqi statusuna dair Konvensiya layihəsi 2017-ci ilin dekabrında Moskvada Xəzəryanı dövlətlərin Xarici İşlər nazirlərinin müşavirəsi çərçivəsində razılaşdırılıb.

Xəzər Konvensiyanın imzalanması avqustun 12-ə təsadüf edən Beynəlxalq Xəzər Günü ilə üst-üstə düşüb.

Avqustun 11-də Qazaxıstanda "Xəzər beşlyi" dövlətlərinin Xarici İşlər nazirlərinin görüşü keçirilib.

Həmin görüşdə Xariçi İşlər Nazirlikləri nəzdində işçi qrupun yaradılması barədə qərar qəbul olunub.

Bu qrup Xəzərdə sərhəd xətlərinin çəkilması metodikasına dair saziş layihəsini işləyib hazırlamalıdır.

Bu barədə daha geniş