Prezident Erdoğan Türkiyəyə qarşı "iqtisadi müharibənin" elan olunduğunu bildirib

Erdoğan

Şəklin mənbəyi, DHA

Trabzonda AKP partiyasının Həmrəylik Məclisində çıxış edən Erdoğan ABŞ prezidenti Donald Trump-ın Türkiyədən satın alınan polad və alüminium məhsullarına gömrük rüsumunun 50 faiz artırılması qərarının Dünya Ticarət Təşkilatı (WTO) qaydalarına zidd olduğunu vurğulayıb.

"Biz Dünya Ticarət Təşkilatının üzvüyük.... Biz ticarət hüququ nəyi söyləyirsə onu söyləməyə davam edəcəyik ", - Erdoğan deyib.

ABŞ-ın vergi rüsumunu artırmaq qərarından sonra dolların Türk lirəsinə qarşı məzənnəzi qalxaraq 6,87 TL , avro - 7,85 TL , Britaniya sterlinqi isə 8,49 TL təşkil edib.

Prezident Erdoğan bunun müqabilində əhaliyə əmanətlərini TL-yə çevirmək çağırışını təkrarlayıb.

"Vətənimizin iradəsini seçki zamanı dəyişə bilməyənlər hər cür vasitələrlə bizə təsir edib indi də pulla təsirlərini həyata keçirmək üçün cəhd edirlər, - Türkiyə prezidenti deyib. - Təxribatla edə bilmədiklərini indi pulla reallaşdırmağa çalışırlar. Buna açıq ifadəylə iqtisadi müharibə deyərlər".

Türkiyə prezidenti qeyd edib ki, 15 iyul əvvəli 2,8 olan USD/TL məzənnəsin bu gün isə 6-dan yuxarı qalxmasının "nə iqtisadi, nə də məntiqli bir izahı var".

" Türkiyə 20 il əvvəl Asiya ölkələrində yaşandığı kimi bir maliyyə böhranı ilə üzləşibmi? Xeyr. ABŞ və İngiltərədə olduğu kimi, ipoteka böhranına düşübmü? Xeyr. Yunanıstan kimi iflasa uğrayıbmı?", - deyən Erdoğan vurğulayıb ki, Türkiyə "iqtisadi müharibə" ilə üzləşib. - "Türkiyəyə qarşı müharibə aparılır".

Daha sonra prezident Erdoğan bunları deyib: "Trabzondan elan edirəm, oyununuzu gördük və meydan oxuyuruq. Bunu bilmələrini istəyirik. Təslim olmayacağıq, işimizi davam edəcəyik. Fəaliyyətimizi genişləndirməyə davam edəcəyik. fabrikalarımızıı işlətməyə davam edəcəyik. Siz dollarla üzərimizə gəlsəniz, biz də başqa yollarla işlərimizin icra çarələrini axtaracağıq. "

Eyni zamanda Türkiyə prezidenti qeyd edib ki, cavab tədbirləri hüquq çərçivəsində görüləcək.

"Biz hər şeyi hüquq içində aparmaq istədik. Amma gördük ki hüquq dilindən anlamırlar. Biz o dillərdə də danışmağı bilərik. Biz hüquq diliylə danışmağa davam edəcəyik", - Erdoğan vurğulayıb.