İran: Parlament İqtisadiyyat nazirinə etimadıszlıq bildirib

Iranian economy minister Masoud Karbasian defends himself in parliament in Tehran, 26 August 2018 Fotonun müəllifi AFP
Image caption Məsud Kərbasiyan parlamentdə öz mövqeyini müdafiə etməyə səy göstərsə də, deputatların etimadını qazana bilmədi.

İran parlamenti ölkənin İqtisadiyyat nazirinə etimadsızlıq bildirərək, onu vəzifədən getməyə məcbur edib.

Parlament tərəfindən Məsud Kərbasiyana etimadsızlıq ölkədə iqtisadi böhranın qarşısının alınması üçün səylər göstərilməsi cəhdləri fonunda baş verib.

Məsud Kərbasiyan bank sistemində, vergilər sahəsində və ümumilikdə, iqtisadiyyatda yaranmış problemlərə görə nazir vəzifəsində fəaliyyətini davam etdirmək üçün parlamentdən etimad qazana bilməyib.

Bundan 3 həftə əvvəl ölkənin Əmək və Sosial Təminat naziri Əli Rəbiəyi də İran parlamentidən etimad qazana bilməyərək vəzifəsindən istefa verməli olmuşdu.

Prezident Həsən Ruhaninin höküməti qiymətlərin artması və milli valyutanın dəyərdən düşməsinin qarşısını almaq üçün səylər göstərir.

2015-ci ildə bağlanmış nüvə sazişindən bir müddət əvvəl çıxandan sonra ABŞ-ın Tehrana qarşı yenidən sanksiyalar tətbiq etməsi İranda böhranı daha da dərinləşdirib.

Bazar günü ölkənin Xarici İşlər naziri Məhəmməd Cavad Zərif ABŞ-ı "İrana və onun biznes partnyorlarına qarşı psixoloji müharibəyə" başlamaqda ittiham edib.

Bu barədə daha geniş