Rusiya təqaüd etirazları: İslahatlara qarşı aksiyalar davam edib

Şəklin mənbəyi, EPA
Bazar günü Moskvada keçirilən etiraz aksiyalarından birinin təşkilatçısı Kommunist Partiyasıdır
Prezident Vladimir Putinin kompromis təklifinə baxmayaraq Rusiyada təqaüd islahatlarına qarşı kütləvi etiraz aksiyaları davam edib.
Müstəqil müşahidəçilər Moskvada 10 mindən çox insanın etiraz aksiyasında iştirak etdiyini deyiblər. Digər şəhərlərdə də etirazlar baş verib.
Rusiya hökumətinin ilkin təklifində təqaüd yaşının qadınlar üçün 55-dən 63 yaşına, kişilər üçün isə 60-dan 65-a qaldırılması nəzərdə tutulmuşdu.
Lakin çərşənbə günü, cənab Putin qadınlar üçün yeni təqaüd yaşının 60 olacağını deyib.
O, islahatın maddi zəruriliyin tələbi olduğunu deyib, amma yeni qanun tənqidlər və Rusiya prezidentinin populyarlıq göstəricilərində kəskin enişlə nəticələnib.
Həmkarlar ittifaqları çoxlarının təqaüd yaşına çatmayacaqlar barədə xəbərdarlıq verib. Dünya Səhiyyə Təşkilatının məlumatına görə Rusiyada kişilərin doğulanda gözlənilən ömür uzunluğu 66, qadınlar üçün isə 77 ildir.
Hökumətin təqaüd planı nədir?
Yeni təkifə əsasən, 2019-cu ildən etibarən kişilərin təqaüd yaşı mərhəli olaraq 60-dan 65-ə qaldırılacaq.
Cənab Putinin müdaxiləsindən əvvəl, qadınların təqüd yaşının 55-dən 63-ə qaldırılması təklif olunurdu, amma bu artıq 60-a endirilib.
Rusiya prezidenti üç və ya üçdən çox uşağı olan qadınların daha erkən təqaüdə çıxa biləcəklərini deyib.
Baş nazir Dmitri Medvedev bundan əvvəl islahatın Rusiya vətəndaşlarının daha aktiv həyat yaşadıqları və ömürlərinin uzandığına görə lazım olduğunu bildirib.
O, hazırda Rusiyada təqaüdçülərin təxminən dörddəbirinin - 12 milyon insanın - işlədiyini deyib.
Bəs Putin nə deyib?

Şəklin mənbəyi, Reuters
İslahat təklifinə qarşı tənqidlər cənab Putini məsələ ilə bağlı çıxış etməyə məcbur edib
Ötən həftə televiziyada yayılan çıxışında, prezident Putin təqüd yaşının artımının illərdir ki, gecikdirildiyini və həll olunmadığı halda inflyasiyanın və yoxsulluğun artımına gətirib çıxaracağını iddia edib.
O, bu lazımi islahatın gecikdirilməsinin Rusiyada ictimai sabitlik və təhlükəsizliyinə problemlər yaradacağını deyib.
"Hərhansı bir gecikdirmə məsuliyyətsiz olardı. Bizim qərarlarımız ədalətli və yaxşı balanslaşdırılmış olmalıdır", o, əlavə edib.
Televiziya çıxışından əvvəl, cənab Putin özünü bu mübahisəli mövzudan uzaq tutmağa çalışıb və keçmişdə önun nəzarəti altında təqüd yaşının heç vaxt artırılmayacağına vəd edib.
Kim etiraz edir?
Son həftələr ərzində Rusiyada on minlərlə insan etiraz aksiyalarında və yürüşlərində iştirak ediblər.
Bazar günü Moskvada keçirilən etiraz aksiyasında iştirak edənlərin bir çoxu aksiyanın təşkilatçısı olan Kommunist partiyasının bayraqlarını daşıyıblar.
Mərkəzi-solçu Ədalətli Rusiya partiyasınn təşkil etdiyi daha kiçik aksiyada isə təxminən 1 500 nəfər iştirak edib.
İslahata qarşı olanlar, Rusiya siyasi spektrinin müxtəlif hissələrini təmsil edirlər.
Yeni qanun barədə xəbərlər ilk dəfə Rusiyanın ev qonaqlığı etdiyi futbol üzrə Dünya Kubokunun başlanğıcı ilə üst-üstə düşüb. Nəticədə bur çoxları hökuməti pis xəbəri gizlətməyə cəhd etməkdə təqsirləndiriblər.
Rusiya təqaüd yaşını nəyə görə artırmaq istəyir?
İqtisadçıların əksəriyyəri hazırda problemin mövcud olduğunu qəbul edirlər. Əhali getdikcə yaşlanır və dövlət təqaüdə getdikcə daha çox pul ayırır.
90-cı illərin iqtisadi böhranından sonra Rusiyanın əhalisi kəskin şəkildə azalıb. Son illərdə doğum səviyyəsi bir qədər yüksəlsə də, bu demoqrafik baxımdan kifayət deyil.
BMT bildirir ki, hazırki vəziyyət davam etdiyi halda 2050-ci iləcən Rusiya əhalisinin 20 faizindən çoxu 65 yaşından daha yaşlı olacaq.
Prezident Putin bu yaxınlarda büdcəsində 265 milyard rubl (4.2 milyard ABŞ dolları) kəsiri olan dövlət təqaüd xərclərinə dair yeni qanuna imza atıb. Bu isə ümumi büdcə xərclərinin 1,6 faizini təşkil edir.
Bu isə davamlı vəziyyət deyil - xüsusilə də iqtisadiyyatın çətin vaxtlarında.