"Sən dəlimi olubsan, evinin birinci mərtəbəsini, vaxtını bu insanlara sərf edirsən?"
Sizin qurğunuzda yenidən səsləndirmə mümkün deyil

Evini məktəbə çevirən azərbaycanlı kişi: "Bu mənim mənəvi qidamdır"

"Sən dəlimi olubsan, evinin birinci mərtəbəsini, həftənin 2-3 gününü, vaxtını heç bir qarşılıq gözləmədən bu insanlara sərf edirsən?"

Bu sualı tez-tez eşitdiyini deyən 26 yaşlı Kamran Əfəndiyev yaşadığı kənddə İctimai Mərkəz yaradıb.

Gürcüstanın Ermənistanla sərhədində yerləşən Xüldərə kəndində yaşayan Kamran evinin birinci mərtəbəsini bu mərkəzin istifadəsinə verib.

Kamran deyir ki, mərkəzdən təkcə uşaqlar və gənclər deyil, bütün kənd sakinləri yararlanır və bu onun "mənəvi qidasıdır".