Putin, Erdoğan və Ruhani İdlib məsələsini həll edirlər. Türkiyə həmləyə qarşıdır

Putin, Erdoğan və Ruhani Fotonun müəllifi Reuters
Image caption Putin, Erdoğan və Ruhani İdlib məsələsini həllinə yönələn görüşdə. Aprel, 2018-ci il.

Şənbə günü Rusiya, İran və Türkiyə prezidentləri Suriyanın İdlib vilayətinin müqəddəratını müzakirə edəcəklər.

Hökumət ordusu, ruslar və ölkədəki İran təmayüllü qüvvələr Suriyanın şimal-qərbində yerləşən üsyançı bölgəyə qarşı genişmiqyaslı həmləyə artıq iki həftədən artıqdır ki, hazırlaşırlar.

Hesab olunur ki, bir müddətdir ki, hazırlanan hücumun başlanmasını yubadan ən mühüm amillərdən biri Türkiyənin əməliyyata qarşı çıxmasıdır.

2017-ci ildə Türkiyə İran və Rusiya arasında imzalanan saziş Ankaranı bölgədə təhlükəsizliyin təminatçısı tanıyır.

Həmin razılaşmaya görə İdlib silahlı müxalifətin evakuasiya ediləcək 4 bölgədən biri idi.

Fotonun müəllifi AFP
Image caption Türkiyə və Qərb ehtiyat edir ki, əməliyyat yeni qaçqın dalğası yaradacaq. Türkiyə-Suriya sərhədində qaçqın düşərgəsi

Lakin hökumət qüvvələrinin əməliyyatından sonra İdlib Bəşər Əsəd hökumətinin nəzarətindən kənarda qalan yeganə bölgəyə çevrilib.

Burada gözlənilən əməliyyata Türkiyə ilə yanaşı, qərb ölkələri də etiraz edir.

BMT-nin Suriyadakı xüsusi nümayəndəsi Staffan de Mistura isə öz xəbərdarlağında deyib ki, fəal əməliyyatlar humanitar fəlakətə yol aça bilər.

Suriyadan 3 milyonadək insan qəbul edən Türkiyə ehtiyat edir ki, həmsərhəd İdlibdə döyüşlər yeni qaçqın dalğası yaratmaqla yanaşı, bölgədəki Türkiyə təmayüllü qüvvələrin mövqelərini də zəiflədə bilər.

May ayında Türkiyə İdlib boyunca zirehli texnika ilə təchiz edilən 12 müşahidə məntəqəsi yaradıb.

"Bunlar əslində, kiçik hərbi bazalardır", - təhlükəsizlik məsələləri üzrə BBC icmalçısı Jonathan Marcus belə hesab edir.

Rusiya İdlibdəki "terrorçulara qarşı" əməliyyatının keçirilməsini dəstəkləyir.

ABŞ prezidenti deyib ki, "ruslar və iranlılar" mümkün əməliyyatda iştirak edərsə, səhvə yol verəcəklər.

Donald Trump İdlibdə "yüz minlərlə insanın" ölə biləcəyini deyib.

BMT dəyərləndirməsinə görə 3 milyon sakini olan İdlib vilayətində müxtəlif qruplara mənsub 10 minədək silahlı döyüşçü var.

Bu barədə daha geniş