Nikol Pashinyan: "Ermənistan Azərbaycanın KTMK-ə qoşulmasına imkan verməyəcək"

Nikol Paşinyan

Şəklin mənbəyi, KAREN MINASYAN/AFP/Getty Images

Ermənistanın baş naziri Nikol Pashinyan deyib ki, onlar Azərbaycanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkitatına (KTMT) qoşulmasına mane ola bilərlər.

Nikol Pashinyan bu barədə Ermənistan Müdafiə Nazirliyinin "Zinuzh" (Silahlı qüvvələr) hərbi proqramına müsahibəsində deyib, BBC Monitoring News.am-a istinadla xəbər verir.

Paşinyan bildirib ki, "Dağlıq Qarabağ probleminin hərtərəfli, tam və uzunmüddətli həllinə nail olunana qədər" Ermənistanın Azərbaycanın KTMT-na qoşulması ilə bağlı mövqeyini dəyişməsi mümkün deyil.

Azərbaycan XİN sözçüsü Nikol Paşinyanın bəyanatına birbaşa reaksiya verməyib, amma "KTMT-da Ermənistandan başqa dövlətlər də var", deyib.

Onun sözlərinə görə, KTMT-yə üzv ölkələr Ermənistanın qurum qarşısında və qurumun Ermənistan qarşısındakı öhdəliklərini aydınlaşdırmaq üçün müzakirə aparmalıdırlar.

"Məqsəd KTMT-nı zəflətmək yox, onu gücləndirməkdir. Ermənistan KTMT-nın hərfi mənada kollektiv təhlükəsizlik müqaviləsi təşkilatı olmasında maraqlıdır. Mən yenidən təkrar edirəm ki, burda həll edilməli aydın məsələlərimiz var, hansı ki, ölkəmizin təhlükəsizliyini yüksəldir və bizim işimiz bu istiqamətdə olmalıdır", Pashinyan deyib.

Baş nazir onu da vurğulayıb ki, o, Belarus prezidenti Aleksandr Lukashenko daxil digər KTMT üzvləri ilə görüşündə Azərbaycana silah satışından narahatlığını bildirib.

"Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında Ermənistandan da başqa üzv dövlətlər var", Azərbaycan XİN-in sözçüsü Hikmət Hacıyev BBC News Azərbaycancaya bildirib.