"Donald Trump ilə Ağalarovların münasibəti və Ağalarovlar, Kreml və münasibətlər..." - ABŞ təhqiqatçılarını maraqlandıran məsələlər olub

Rob Goldstone Fotonun müəllifi Reuters
Image caption Rob Goldstone Moskvada təşkil olunan və Donald Trump-ın da iştirak etdiyi Miss Universe 2013 müsabiqəsində

ABŞ-da Rusiya ilə sövdələşmə təhqiqatının əsas mövzularından biri - Trump Tower görüşünün arxasında duran şəxs, Rob Goldstone email yazdığına görə peşman olduğunu dilə gətirib.

Donald Trump-ın seçki komandasının üzvləri 2016-cı ilin iyununda Hillary Clinton-a "ləkə yaxmaq üçün" bir rusiyalı hüquqşünasla görüşüblər.

Britaniyalı publisist Rob Goldstone BBC-yə bildirir ki, material "son dərəcə ümumi" xarakter daşıyırdı və o, bundan utanır.

Trump komandasının Rusiya ilə iddia olunan əlaqələrinə xüsusi prokuror nəzarət edir.

Prezident Trump bütün iddiaları təkzib edib və təhqiqatı dəfələrlə "cadugər ovu" adlandırıb.

Cənab Trump-ın 2013-cü il Miss Universe Gözəllik Müsabiqəsində iştirakının təşkilində cənab Goldstone mühüm rol oynayıb. Sözügedən səfərdən sonra prezident özü təkzib etsə də, "onun hoteldə fahişələrlə vaxt keçirməsi və bunun lentə alınması" kimi əsassız iddialar yayılıb.

Trump Tower görüşü

Rob Goldstone Trump-ın komandasına müştərisinin adından hazırki məşhur emaili göndərən zaman azərbaycanlı-rusiyalı müğənni Emin Ağalarovun publisisti kimi fəaliyyət göstərib.

Emin və Araz Ağalarovun vəkili ötən il musiqi agenti Rob Golstone-un emaillərdə verdiyi məlumatın yalnış olmasında israr edib. Ağalarovlar onların Rusiya hökuməti və Trump kampaniyası arasında vasitəçilik etdikləri iddiasını rədd ediblər.

"Emaildə deyilir ki, Rusiyadakı müştərim mənə zəng edib və bir vəkilin əlində Demokratların Rusiya tərəfindən qeyri-qanuni maliyyələşdirilməsi ilə bağlı Hillary Clinton-u ittiham edə biləcək məlumat var", cənab Goldstone BBC-dən Nick Bryant-a deyir.

Prezidentin oğlu kiçik Donald Trump-ın cavabı isə cənab Goldstone-nin dediyinə görə, belə olur: "Sən deyən düzdürsə mən bunu sevirəm, xüsusilə də yayın sonuna doğru".

Fotonun müəllifi AFP
Image caption 2016-cı il görüşünün əsas simaları Donald Trump Jr və Nataliya Veselnitskaya olub

Cənab Goldstone deyir ki, görüşdə Kreml ilə əlaqəsi olan hüquqşünas Nataliya Veselnitskaya materialı təqdim edib, amma bu, "son dərəcə ümumi ləkə" idi. O, bundan kifayət qədər utanc hissi keçirir, müxbirimiz söyləyib.

Görüşün əhəmiyyəti ilə bağlı suala cənab Goldstone belə cavab verib: "Düşünürəm ki, görüşün hər hansısa sözləşmə əhəmiyyəti daşımasına inanmaq çətindir."

Lakin o, görüşün təşkili üçün göndərdiyi emailə görə təəssüflənir:

"Ötən 12 ay ərzində yaşadıqlarımı nəzərə alsam, indi həmin emaili yazardımmı, həmin emaili oxuyardımı? Yox, yox, yox və düşünmədən "sil" düyməsini sıxardım."

Mueller təhqiqatı

Trump komandasının qələbə üçün Rusiya ilə əlaqəsi olub-olmadığı barədə təhqiqata xüsusi prokuror Robert Mueller rəhbərlik edir.

Trump Tower görüşünün nə dərəcədə ABŞ kampaniya qaydalarına zidd aparıldığı ilə bağlı araşdırma çərçivəsində cənab Goldstone təhqiqatçılar tərəfindən dindirilib.

Onun sözlərinə görə, Mueller-in təhqiqatçıları ilə bir neçə saat vaxt keçirib və təhqiqatçıların ona marağının yeganə səbəbi görüşdəki tək müstəqil səs olması olub - "ortalıqdakı qəribə qəhrəman".

Lakin cənab Goldstone deyir ki, təhqiqatçılar daha çox "böyük məsələlərdə" maraqlı idilər: "Donald Trump ilə Ağalarovların münasibəti və Ağalarovlar, Kreml və münasibətlər, bu münasibətlər içində Rusiya ilə Donald Trump-in əlaqəsi".

Emin Ağalarovun atası Araz Moskvada yaşayır və daşınmaz əmlakların tikintisi və satışı ilə məşğul olan biznesmendir. O, həm də 2013-cü il Moskvada keçirilən Miss Universe yarışında cənab Trump-ın biznes partnyoru olub. Eləcə də, Rusiyada həyata keçməyən Trump Tower layihəsi üzrə cənab Trump ilə tərəfdaş olmağa çalışırdı.

Moskvada Miss Universe müsabiqəsi

Prezident Trump-ın Moskvada fahişələrlə lentə alınmasına dair əsassız iddialar Steele Dosyesi-də toplanıb.

MI6-nın keçmiş kəşfiyyatçısı Christopher Steele, cənab Trump-ın Rusiya ilə əlaqələrini göstərən dosye tərtib edir. Bu isə cənab Trump-ın prezidentliyə namizədliyini istəməyən Respublikaçıların cənab Steele-i işə götürməsindən sonra baş verib.

Cənab Goldstone deyir ki, cənab Trump-ın həftəsonu təyyarə ilə gəlişindən sonra qayıtmasına qədər beş saatdan artıq vaxt olmayıb - səhər saat ikidən yeddiyə qədər. Bu halda isə cənab Trump otel otağında olduğuna görə onu görməyib.

O, BBC-yə söyləyib: "Hadisə həmin vaxt ərzində baş verə bilərdi, lakin qəribədir ki, heç kim bu haqda heç vaxt danışmayıb. Ən azından bu barədə dedi-qodu eşidə bilərdim, inanıram. Bundan əminəm."

Fotonun müəllifi Getty Images
Image caption Donald Trump, Araz Ağalarov, Miss Universe 2012 qalibi Olivia Culpo və ən sağda Emin Ağalarov ilə birgə Las Vegasda, 2013-cü il

Rob Goldstone kimdir?

Fotonun müəllifi Facebook
Image caption Rob Goldstone-un müxtəlif papaqlarla şəkilləri

Keçmiş britaniyalı jurnalist 1960-cı ildə Manchester şəhərində doğulub və Trump Tower hekayəsi ortaya çıxana qədər haqqında çox da eşidilməyən bir şəxs olub.

O, 1987-ci ildə Oui2 Entertainment ictimai əlaqələr şirkətinin əsasını qoyub.

Dediyinə görə, BB King, Richard Branson və EMI Music Publishing kimi musiqi sənayesinin böyük adları ilə çalışıb və Michael Jackson-un 1987-ci il Avstraliya turnesində iştirak icazəsi verilən yeganə jurnalist olub.

Oui2-nin Emin Ağalarovun musiqi menecerliyini apardığına görə o, Moskvada 2013-cü il Miss Universe Müsabiqəsində iştirak edib.

Cənab Goldstone Nick Bryant-a müsahibəsində, Manchester-li işçi sinfinə mənsub bir şirkətin bu cür mühüm tədbirlərdə iştirakının "tamamilə inanılmaz" olduğunu deyib.

Bu barədə daha geniş