Həbib Nurmaqomedov - Conor McGregor: Dağıstanda qələbə qeyd edilir

Həbib Nurmaqomedov Həbib Nurməhəmmədov Conor McGregor Dağıstan Fotonun müəllifi Reuters
Image caption Qalibin tərəfdarları qələbəni küçələrdə qeyd edirlər

Karyerası boyu məğlub olmayan dağıstanlı idmançı irlandiyalı opponentinə Las Vegas şəhərində qarışıq döyüş sənəti üzrə dörd raundluq oyunda qalib gəlib.

Qələbənin ardından gözlənilməz dava yaşanıb.

Nurmaqomedov UFC titulunu qazanan ilk Rusiya vətəndaşıdır.

Onun doğulub, boya-başa çatdığı paytaxt Maxaçqaladakı tərəfdarları yarış bitər-bitməz qələbə münasibətilə küçələrə axışıblar.

Nurmaqomedovun qələbəsindən sonra, yaşanan hadisələr böyük tənqidlərə səbəb olub

UFC titulu uğrunda döyüşən keçmiş yarışçı Dan Hardy onun saxlanılması üçün çağırış etdiyi halda, atası Əbdülmanap da pis davranışına görə oğlunu cəzalandıracağını deyib.

"Biz intizam və qaydalara əməl etməliyik," o, Rusiyanın Kanal Bir televiziyasına deyib.

"Rinqdə istədiyini etmək olar. Lakin rinqdən kənarda dinc qaydada həyata davam etmək lazımdır".

Nurmaqomedovun həm döyüşçüsü, həm də məşqçisi olan atasına ABŞ-a daxil olmaq üçün viza verilmədiyinə görə o, Las Vegas-a səyahət edə və oğlunun qələbəsini canlı izləyə bilməyib.

Ancaq yarışdan sonra kütlələrə müraciət etdiyi deyilir.

Görünür ki, Maxaçqalanın sakinləri qalibin ətrafında dönən söz-söhbətə bir o qədər də əhəmiyyət verməyiblər.

İnsanların əksəriyyəti Nurmaqomedovun məşhur etdiyi Dağıstanın milli papağını geyiblər.

Fotonun müəllifi Reuters
Fotonun müəllifi Reuters
Image caption Qarışıq döyüş növü fanatları Dağıstan küçələrində qələbəni qeyd edirlər.

Qərbdə Çeçenistan və şərqdə Xəzər dənizi ilə sərhədlənən Dağıstanda separatizm, etniklik və İslamla bağlı gərginliklər sayəsində şiddət yüksək səviyyədədir.

Respublika etnik və linqvistik müxtəlifliyinə görə məşhurdur. Burada 30-dan çox dildə danışılır. Əsrlər ərzində isə müsəlmanlar ölkədə məskunlaşıblar.

Dağıstanlı qalib

Sandra Vetsko, BBC Monitoring

Dağıstanda hazırda şənlik əhval-ruhiyyəsi hökm sürür.

"Ura, Rusiya, bizim ruhumuz məğlubedilməzdir!" dağıstanlı veteran siyasətçi Ramazan Əbdülatipov Instagram hesabında paylaşıb.

"Əhsən, Həbib, o, bütün məkrli atmacalara tab gətirdi və əsl kişi kimi qalib gəldi."

Laki bir çoxları Las Vegas-dakı davadan sonra, mümkün sanksiyalar haqqında narahatdır.

"Amerika istədiyi qədər isterika yarada və Həbibin həm pulu, həm də karyerasına son qoyan sanksiyalar tətbiq edə bilər," Forum Dağıstan internet səhifəsinə yazılan bir şərhdə deyilir.

Rusiyada isə bəzilərinə görə, narahatlıq mövzusu kimi McGregor-un davranışı sayılmalıdır.

"Şou üçün hərəkətlər etmək və qalmaqallar törətmək rinqdə qələbə qazanmaqdan fərqlidir. Nə qədərə səs-küy qaldırsa da, məğlub oldu," Rusiya parlamentinin yuxarı palatasının üzvü və televiziya aparıcısı Aleksey Puşkov Twitter-də yazıb.

Rossiya 1 telekanalı isə rəsmi olaraq "az qala McGregoru-un boynunu sındıran" dağıstanlı idmançıya "bizim Həbib" deyə müraciət edib.

Lakin heç də bütün rusiyalılar Nurmaqomedov ilə fəxr etmirlər.

Tanınmış bloqçu Ruslan Usaçov tvitində yazıb: "Qalib gələn Həbibdir, utanan isə mənəm."

Əlaqəli mövzular

Bu barədə daha geniş