Gürcüstan: : Prezident seçkisi ikinci tura qaldı

seçki Fotonun müəllifi Getty Images

Gürcüstanda seçki bülletenlərinin demək olar ki, 100 faizi sayılıb.

Seçkidə namizədlərdən heç biri birinci turda qələbə qazanmaq üçün yetərli say toplamayıb.

İlkin nəticələrə görə, hakim "Gürcü arzusu-Demokratik Gürcüstan" partiyasının namizədi Salome Zurabişvili 38.6 faiz, yəni tələb olunan 50 faizdən daha az səs toplayıb.

Müxalif namizəd Qriqol Vaşadze 37.75 faiz səs toplayıb.

Onların hər ikisi seçkinin ikinci turuna keçir.

Ümumilikdə, Gürcüstanın prezident seçkilərində 25 namizəd mübarizə aparırdı.

Fotonun müəllifi AFP
Image caption İlk turda qələbə qazanmaq üçün namizəd 50 faizdən çox səs toplamalıdır.

Bazar günü Gürcüstanda prezident seçkiləri keçirilir. Gürcülər bu seçkilərdə sonuncu dəfədir ki, ölkə prezidentini birbaşa səsvermə yolu ilə seçirlər.

Yeni prezident altı il müddətinə seçiləcək və bu vəzifədə 2013-cü ildən oturmuş Georgi Margvelaşvilini əvəz edəcək.

Gürcüstanın bundan sonrakı prezidenti isə yeni Konstitusiyaya görə, 2024-cü ildə 300 seçicidən ibarət Seçki Kollegiyası tərəfindən seçiləcək.

2018-ci ilin prezident seçkisində 25 namizəd qeydə alınsa da, bu seçkilərin favoriti keçmiş xarici işlər naziri Salome Zurabişvili sayılır.

Salome Zurabişvilini hakim "Gürcü arzusu" partiyası dəstəkləyir.

Image caption Gürcüstanda siyasətə maraq azalıb

Zurabişvilinin əsas rəqibləri müxalif namizədlərdir və onlar da keçmiş prezident Mixail Saakaşvili hökumətində vəzifə tutublar.

Yeni prezident təsdiqlənəndən sonra qüvvəyə minəcək yeni Konstitusiyada prezident səlahiyyətlərinin məhdudlaşdırılması nəzərdə tutulub.

Yeni Konstitusiya Gürcüstanın parlament idarəçiliyi üsuluna keçidini tamamlayacaq.

İlk turda qələbə qazanmaq üçün namizəd 50 faizdən çox səs toplamalıdır.

Seçki qanunvericiliyinə görə, əgər namizədlərdən heç biri kifayət qədər səs qazana bilməsə, ikinci tur keçiriləcəkdir.

Bu barədə daha geniş