Ukrayna və Rusiya arasında müharibə vəziyyəti. Nə baş verir?

Rusiya Ukrayna gəmilərini sulara qeyri-qanuni yollarla girməkdə günahlandırır və hərəkətin təhlükəsizlik səbəbindən dayandırıldığını söyləyir. Fotonun müəllifi Photoshot
Image caption Rusiya Ukrayna gəmilərini sulara qeyri-qanuni yollarla girməkdə günahlandırır və hərəkətin təhlükəsizlik səbəbindən dayandırıldığını söyləyir.

Krımda Rusiya ilə Ukrayna arasındakı gərginlik son bir neçə aydır ki, artırdı, BBC-dən Steven Rosenberg təhlil edir.

Moskva ilə Kiyev arasındakı 2003-cü il müqaviləsinə əsasən, Kerç boğazı və Azov dənizi iki ölkə arasında paylaşılan su əraziləridir.

Ancaq son zamanlar Rusiya Ukrayna dəniz limanlarına gedib-gələn bütün gəmiləri yoxlamağa başlayıb.

Rusiyanın Ukrayna gəmilərin ələ keçirilməsi üçün güc tətbiq etməsi- zərərçəkmişlərlə birgə- böyük gərginlikdir. Ancaq Moskvanın özünü müqəssər biləcəyini eşitməyəcəksiniz.

Rusiya güc istifadə edərkən prezident Vladimir Putinin müdafiə xətti həmişə olub: "Biz başlamadıq".


Həmçinin bax:


Fotonun müəllifi Getty Images
Image caption Ukrayna donanması bölgədən çıxmağa çalışdıqları üçün gəmilərin vurulduğunu və sıradan çıxarıldığını, altı ekipaj üzvünün yaralandığını deyib.

Bu, 2008-ci ilin Rusiya-Gürcüstan müharibəsi və 2014-cü ildə Moskvanın yarımadanı ilhaq etməmişdən əvvəl Krımda "balaca rus əsgərlərinin" (rus xüsusi qüvvələri) peyda olmasına da aiddir.

Beləliklə, Moskvanın bazar günü baş verənlərə və gələcəkdə nə baş verəcəksə ona görə də günahı Ukrayna prezidenti Poroşenkonun hökumətində görməsini gözləyin.

Ukrayna parlamenti bazar ertəsi Kerç boğazında üç gəmisinin Rusiya gəmiləri tərəfindən saxlanmasından sonra ölkədə hərbi vəziyyətin tətbiqi barədə qərar verəcək.

BMT Təhlükəsizlik Şurası da təcili iclas keçirəcək.

Hadisədə iki silahlı qayığın və təyyarənin ələ keçirildiyi və bir neçə ukraynalı dənizçinin yaralandığı deyilir.

Hadisəyə görə tərəflər bir-birini günahlandırır.

Bu barədə daha geniş