Ukrayna-Rusiya qarşıdurması: "Qəliz tarazlıq"

Керченский пролив
Image caption Ukrayna gəmiləri Rusiya tərəfindən ələ keçirilib, bir neçə ukraynalı dənizçi yaralanıb

Qara dənizdəki hadisələr Rusiyanın və Ukraynanın arasındakı gərginliyin dondurulmuş münaqişənin tərkib hissəsi olmadığını xatırladan güclü xəbərdir, BBC-nin müdafiə və diplomatik müxbir Jonathan Marcus yazır.

"Çox az xəbərdarlıqla alovlana bilər", o yazır.

NATO-nun və Ukraynanın Qərbdəki müttəfiqləri prezident Poroşenkonu qətiyyətlə dəstəkləyiblər. Amma onlar Rusiyanın davranışına təsir etmək üçün nə edə bilərlər?

Daha çox iqtisadi sanksiyaların müzakirəsi olacaq. Ancaq Rusiya artıq ağır şəkildə sanksiyalara məruz qalıb və bu onu Krımın ilhaqı barədə yenidən düşünməyə təşviq etməyib.

Ukraynalılar üçün əlavə dəstək çağırışı olacaq. NATO ölkələri Kiyevin hərbçiləri üçün təlim keçirirlər - ehtimal ki, daha çox şey edə bilərlər.

Hətta bu epizoddan əvvəl Trump administrasiyası da artıq təchiz edilmiş Javelin - tank əleyhinə raketləri ilə yanaşı, Ukraynaya əlavə silah satmaq üçün çağırışlar edirdi.

Ancaq Ukraynanın ərazi bütövlüyünün dəstəklənməsi ilə münaqişəni tam miqyaslı bir müharibə halına gətirə biləcək bir şeydən qaçınmaq arasında qəliz bir tarazlıq var, Jonathan Marcus deyir.

Ukrayna 28 noyabrdan etibarən 30 gün müddətində Rusiyaya sərhəd bölgələrində hərbi vəziyyət tətbiq edəcək.

Bu barədə ölkə prezidenti Petro Poroşenko sərəncam imzalayıb və parlament ona dəstək olub.

Hökumət indi ictimai mitinqləri məhdudlaşdıra və mətbuatı tənzimləyə bilər.

Rusiya və Ukrayna arasındakı gərginlik Rusiyanın Ukrayna gəmilərini qeyri-qanuni yollarla sulara daxil olmaqda günahlandırması ilə başlayıb.

Ukrayna bildirir ki, Rusiya onların iki ölkənin paylaşdığı Azov dənizindəki Mariupola getməyə çalışan gəmilərini dayandırmağa çalışıb və bir neçə ekipaj üzvünə zərər yetirilib.

Fotonun müəllifi EPA
Image caption Rusiya Federasiyasının BMT-dəki daimi nümayəndəsinin müavini Dmitri Polyanski iştirakı ilə keçirilmiş iclasda heç bir nəticəyə gəlinməyib

Qərb nə deyir?

Bir neçə Qərb ölkəsi Rusiyanın davranışlarını tənqid edib.

Nyu-Yorkda Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası məsələni müzakirə edib, ancaq Moskva ilə Qərb arasında kəskin fikir ayrılığı yaşanır.

Hərbi vəziyyət

Ukraynada tətbiq ediləcək hərbi vəziyyət əhatə edəcək:

  • Rusiya ilə sərhəddə olan 5 regionu
  • Moldova ilə sərhəddə yerləşən iki ilhaq edilmiş Dnestryanı bölgəni
  • Qara dənizdə/Azov sahilində üç rayonu

Ukrayna parlamentində 276 nəfər qərarın lehinə, 30 nəfər isə əleyhinə səs verib.

Hərbi vəziyyət 28 noyabrda, yerli vaxtla saat 09:00-da qüvvəyə minəcək və dekabrın 27-də bitəcək.

Ukraynanın Milli Təhlükəsizlik və Müdafiə Şurası əvvəlcə 60 gün davam edəcək hərbi vəziyyət təklif etsə də, prezident Petro Poroşenko təklifi dəyişib.

O bu təklifi belə izah edib ki, hərbi vəziyyətin prezident seçkilərinə təsir etməsini istəmir.

Buna baxmayaraq, tənqidçilər deyir ki, son aylarda reytinqləri azalmış cənab Poroşenko hakimiyyətdə qalmaq üçün seçkiləri dayandıra bilər.

Bu barədə daha geniş