Ermənistanda hərbi təyyarə qəzaya uğrayıb

SU25 Fotonun müəllifi KAREN MINASYAN
Image caption Ermənistanın SU35 təyyarələri hərbi təlim zamanı

Ermənistan Silahlı Qüvvələrinə məxsus SU-25 qırıcı döyüş təyyarəsi qəzaya uğrayıb, iki pilot həlak olub.

Ermənistan Müdafiə Nazirliyinin məlumatına görə, təyyarə Maralik yaşayış məntəqəsi yaxınlığında dağlarda qəzaya uğrayıb.

"Təyyarənin düşdüyü yer müəyyən edilib. Pilotlar - podpolkovnik Armen Babayan və mayor Movses Manukyan həlak olublar", - Müdafiə Nazirliyinin mətbuat katibi Artsrun Hovhannisyan öz Facebook səhifəsində yazıb.

Daha əvvəl Ermənistan Müdafiə Nazirliyi bu gün yerli vaxtla saat 10:06-da hərbi təlim uçuşu üçün Gümri aeroportundan havaya qalxdıqdan 14 dəqiqə sonra SU-25 döyüş təyyarəsinin radarlardan itdiyini bildirmişdi.

Bu barədə daha geniş