İrandan Azərbaycana ev quşlarının gətirilməsi məhdudlaşdırılıb

toyuq Fotonun müəllifi Getty Images

İrandan Azərbaycana ev quşlarının idxalına məhdudiyyət qoyulub.

Qida Təhlükəsizliyi Agentliyi BBC News Azərbaycancaya bildirib ki, "Ümumdünya Heyvan Sağlamlığı" Təşkilatı İranın Tehran vilayətində ev quşları arasında yüksək patogenli quş qripi xəstəliyinin yayılmasını müəyyənləşdirib.

Buna görə də İrandan Azərbaycana ev quşlarının gətirilməsi məhdudlaşdırılıb.

Agentlik nəzarət tədbirlərinin gücləndirilməsi üçün İranın Tehran vilayətindən gələn və ya həmin ərazidən tranzit keçən nəqliyyat vasitələrinin gömrük keçid məntəqələrində dezinfeksiya edilməsi ilə bağlı Azərbaycan Dövlət Gömrük Komitəsinə də müraciət edib.

Bu barədə daha geniş