İran: İctimai yerdə evlilik təklifindən sonra cütlük saxlanılıb

Cütlük Fotonun müəllifi ATTA KENARE/AFP/GETTY
Image caption Tehranda gəzintiyə çıxan cütlük (Şəkil arxivdəndir)

İranın şimal qərbindəki Arak şəhərinin ticarət mərkəzində nikah təklifindən sonra gənc cütlük saxlanılıb.

Həmin anlar sosial mediada yayılan videoda əks olunur.

Görüntüdə təklifə "Bəli" cavabından sonra gənclər qucaqlaşır.

Ətrafda olan insanlar cütlüyün ailə qurmaq qərarını alqışla qarşılayır.

Bu video yayılandan sonra sosial şəbəkələrdə "İslam dəyərlərinə zidd evlilik təklifi" ilə bağlı tənqidlər səslənməyə başlayıb.

"Şikayətlərə görə" müdaxilə edən polis gəncləri saxlayıb.

Daha sonra onlar zaminə buraxılıb, Fars agentliyi yerli polis rəisinə istinadən bildirir.

Bəzi məlumatlara görə, gənclər artıq nişanlı olduğu üçün məhbəsdən azad edilib.

Bu barədə daha geniş