İnquşetiyada niyə nümayiş keçirilir: Tələb nədir?

Maqasda etiraz Fotonun müəllifi Yelena Afonina/TASS

Çərşənbə axşamı günü İnquşetiya paytaxtında respublika rəhbərliyi əleyhdarlarının etiraz nümayişi keçirilir.

Maqas şəhərinin mərkəzində toplaşanlar referendum haqqında qanundakı dəyişiklərə etiraz edirlər.

Hakimiyyətlə son anda razılaşdırılmış aksiya milli "İnquşetiya" teleradio şirkətinin qarşısında yer alır.

Ötən ilin sentyabr ayında Çeçenistan və İnquşetiya arasında imzalanmış razılaşmaya əsasən İnquşetiyanın Sunja rayonunun bir hissəsi Çeçenistana verilib.

Bu hadisə İnquşetiyada etirazlara səbəb olmuşdu.

İnquşetiyanın rəhbəri Yunus-Bek Yevkurov hesab edir ki, Çeçenistanla imzalanan razılaşmadan sonra "coşqun, bəzən neqativ ictimai əks-səda izahedici işin çatışmazlığı" nəticəsində yaranıb.

Bazar ertəsi televiziya müsahibəsində o, müvafiq qanunvericiliyin parlamentə təqdimatından öncə təkliflərin ictimai dinləmələrə çıxarılacağını bildirib.

Ötən ilin oktyabr ayında Konstitusiya məhkəməsi Çeçenistanla İnquşetiya arasında sərhədin dəyişdirilməsini qanunsuz tanıyıb və razılaşmanın ümumxalq referendumuna çıxarılmasını tövsiyə edib.

Fotonun müəllifi facebook.com/gogiev.jakob

Çərşənbə axşamı günü Maqasda keçirilən nümayiş Yotube-də "FotangaORG" kanalında canlı yayımlanıb.

Etiraz aksiyasına minlərlə insanın qatıldığı bildirilir.

Fotonun müəllifi Yelena Afonina/TASS

Mitinq təşkilatçıları meydanda 30 min insanın olduğunu deyirlər.

BBC Rus Xidmətinə müsahibə verən "Maşr" hüquq müdafiə qrupunun rəhbəri nümayişçilərin "polis əhatəsində" olduğunu bildirir.

Maqomed Mutsolqov hadisə yerində mobil internet rabitəsinin söndürüldüyünü də deyib.

Fotonun müəllifi Yelena Afonina/tass

"İnsanlar çoxdur, əhvali-ruhiyyələri yaxşıdır. Güc nazirliklərinin nümayəndələri gecədən buradadır. Hər şey qaydasındadır. Hakimiyyət tərəfindən reaksiya yoxdur. Lakin ona ehtiyac yoxdur. Çünki onlardan heç nə gözlənilmir. Hamının gözlədiyi yeganə şey - Yevkurovun [İnquşetiyanın rəhbəri Yunus-Bek Yevkurov - red.] istefasıdır", - Maqomed Mutsolqov deyib.

Fotonun müəllifi Yelena Afonina/TASS

Nümayişçilərə müraciət edən natiqlər Çeçenistanla sərhəd barədə razılaşmaya qarşı çıxır.

Həmçinin, Respublika rəhbərliyinə qarşı etimadsızlıq ifadə olunur və deportasiyaya məruz qalmış xalqların reabilitasiyası haqqında qanunun icrasına çağırış səslənir.

Fotonun müəllifi fortanga.org

İnquşetiya Milli Birlik Komitəsinin sədri Musa Malsaqov deyib ki, mitinq, respublika rəhbəri istefaya çıxana kimi davam etdiriləcək.

Mübahisə doğuran "İnquşetiya Respublikasında referendum haqqında qanun"dur.

Onun layihəsini parlamentə Yunus-Bek Yevkurov təqdim edib.

Sənəd respublikanın adının, sərhədlərinin və ərazisinin dəyişdirilməsi də daxil bir sıra məsələlərin xalq səsverməsinə çıxarılmadan təsdiqinə zəmin yaradır.

Bu barədə daha geniş