Türkiyə seçkiləri 2019 - Dünya mediası: "Seçki nəticələri Erdoğan hakimiyyətinin zəifləməsinə siqnaldır"

Türkiyədə bələdiyyə seçkilər seçki-2019 Türkiyə Türkiye seçimler - 2019 Recep Tayyip Erdoğan Fotonun müəllifi AFP

Martın 31-də Türkiyədə keçirilən bələdiyyə seçkiləri dünya mediasının da gündəmində olub. Qəzetlərin seçki xəbərlərində nəticələrin "Erdoğanın partiyasının məğlubiyyətinə işarə etdiyini" və seçicinin "iqtisadi vəziyyətdən narazılığını seçkidə bildirməsi" şəklində şərhlər yer alıb.

İngiltərənin Guardian qəzeti xəbərində seçkilərin prezident Recep Tayyip Erdoğanın idarəçiliyi üçün "ağır imtahan" olduğunu yazıb.

Xəbərdə "Bütün Türkiyədə rutin bir bələdiyyə seçkiləri əvəzinə, bu seçkilər Erdoğanın 16 illik hakimiyyəti üçün bir referenduma çevrilməsi və ölkədəki iqtisadi vəziyyət xalqın onu dəstəkləməsinə təsir etməyə başlayıb" kimi əks olunub.

"İlkin nəticələr AKP-nin hakimiyyətə gəldiyi 2002-ci ildən indiyədək aldığı ilk vacib məğlubiyyətə işarədir" deyə şərh verən qəzet, HDP-nin qəyyum təyin edilmiş bəzi bələdiyyələri geri aldığına və seçkilərə görə yaşanan zorakılıq hallarında azı dörd nəfərin öldüyü, onlarla şəxsin yaralandığı da yer alıb".

"Ərdoğan hakimiyyəti güclü iqtisadi inkişafla xatırlanırdı. Ancaq ötən il lirənin dəyər itirməsi tənəzzülə səbəb olub. 20 faizə qədər olan inflyasiya və həyatın bahalaşmasının əvəzini də AKP-li fəhlə sinifi seçicisi ödəyir".

Prezidentin özü seçki kompasında olmasa da son həftələrdə diqqətləri iqtisadiyyat üzərindən çəkməyə çalışaraq, yorulmadan seçki kampaniyaları təşkil etdi. Yeürli seçkiləri beynəlxalq məsələ kimi şərh edib və müxalif partiyaları terrorla əlaqədə günahlandıraraq, artan inflyasiyada "ölkəni baltalamağa çalışan xarici qüvvələri" məsul tutub.

"Bazar günü seçkilər prezidentə daha çox imkanlar verən yeni idarəetmə sistemi ilə Erdoğanın yenidən seçilməsindən sonrakı ilk seçki imtahanı idi".

"Guardian" müxalifətin inflyasiya və getdikcə artan işsizliyə görə AKP-li seçicinin üzünü başqa tərəfə çevirməsini ümidlərinin boşa çıxmaması kimi şərh edib.

Qəzet "iqtisadi krizisdən çıxış yolunun Erdoğanın güclü liderliyi" olduğunu dününən AKP-li seçicilərin fikirlərinə də yer verib.

"Böyük geriləmə"

Amerikanın New York Times qəzeti ilkin nəticələrin Erdoğanın "Ankara ve İstanbulu itirməsinə" işarə etdiyini bildirərək, bu nəticələrin Erdoğan hakimiyyəti üçün "böyük geriləmə" olduğunu yazıb.

"Erdoğan bəlkə də siyasi karyerası boyunca ilk dəfə Türkiyədə siyasi gücün mərkəzi Ankara və bəlkə də öz bölgəsi, üstəlik ölkənin iş mərkəzi İstanbulda məğlubiyyəti yaşayır", qəzet yazıb.

"...Erdoğanın İstanbulda mübarizədə məğlub olması 17 illik hakimiyyətdən sonra xalqın dəstəyini az alan partiyası üçün böyük zərbədir", New York Times şərh edib.

Qəzet xəbərində seçicinin ən böyük narahatlıqlarından birinin iqtisadi vəziyət olduğunu bildirir.

"İqtidar qəzetlərin köşə yazarları belə bələdiyyələrdə korrupsiya və nepotizmin seçiciləri iqtidar partiyasından üz çevirəcəyi xəbərdarlığını edib. Anketlər kimə səs vermək məsələsində qərarsız olan saeçici say faizinin adət olduğundan çox olduğunu göstərib. Partiya funksionerləri bunu seçicilər arasındakı narazılığın göstəricisi olaraq şərh ediblər".

"Müxalif namizədlər dəyişikliklər vəd etdilər və yeni iş imkanlarının, təhsildə inkişafın, sosial xidmətlərin dəstəklənəcəyinə söz verdilər. Bəziləri Erdoğanı sərt şəkildə tənqid etdi.

Bələdiyyə seçkiləri Türkiyə xaricində çox diqqət çəkmədi Ancaq bələdiyyə başçıları, bölgə məclis üzvləri və regional idarələr Erdoğan hökuməti üçün çox vacibdir".

New York Times qəzeti xəbərində Erdoğanın siyasi karyerasına İstanbulda bələdiyyə başçılığından başlayaraq, zibil yığmaq, ictima nəqliyyat kimi xidmətlərlə xalqın dəstəyini qazandığını yazıb.

Qəzet "Paytaxt Ankarada və bəzi şəhərlərdə seçki qutularından CHP-nin AKP-dən qabağa çıxmasının "partiyası üçün yorulmadan kampaniya aparan prezident Erdoğan üçün bir uğursuzluq və iqtisadi idarəetməyə bağlı seçici etirazı" olduğunu bildirib.

"Bələdiyə başçılığı, bölgə məclis üzvləri yerli idarələrə seçkilər, iyun ayında prezident seçkilərində qalib gəlmiş Erdoğan üçün beynəlxalq səviyyədə ilk referendum xarakteri daşıyırdı. İyun ayından bəri Türkiyə iqtisadiyyatı on ildən çoxdur ki, ilk dəfə tənəzzülə sürüklənib. Bu da hökuməti investorların cəsarətini qıran siyasət aparmağa, qiymətləri artırmağa sövq edib".

"2016-cı ildə baş verən inqilab cəhdindən sonra müxalifətə qarşı təzyiqin artması ölkədəki narazılığı artırarkən, Türkiyənin Qərb müttəfiqləri ilə münasibətlərinə də təsir edib. Bu da Türk lirəsində dəyər artıb-azalmalarına və investorların narahatlığına səbəb olub.

"...Trump idarəetməsi Türkiyə seçkilərini yaxından izləyir və seçkilərin başa çatması ilə Suriya müharibəsi, Türkiyənin Rusiyadan havadan müdafiə sistemləri alması ilə Ankara ilə aralarınd aolan mübahisənin başa çatacağına ümid edir".

Le Monde: "Nəticələr Erdoğan iktidarı üçün zərbədir"

Yerli seçkilər Fransanın Le Monde qəzetinin də diqqətində olub.

Qəzet AKP-nin Ankaranı "itirməsi" və ilkin nəticələrə görə, İstanbulu da itirmə riskinin olmasını prezident Erdoğanın iqtidarı üçün "zərbə" olaraq şərh edib.

"Nəhəng bir saray tikdirdiyi paytaxtdakı məğlubiyyəti AKP-nin 2002-ci ildə hakimiyyətə gəlməsindən indiyə kimi hər seçimi qazanmış Erdoğan üçün böyük bir uğursuzluğa işarə edir. İstanbul kimi Ankara da 25 ildir Erdoğanın partiyası və ondan əvvəlki islamçı düşərgənin kontrolunda olub.

68 yaşlı Erdoğan 50 gündə 102 mitinq təşkil edərək seçicilər partiyasına səs vermək üçün əlindən gələni etdi. AKP-nin ittifaqı səslərin 51 faizini alsa da, Ankara və Adana kimi böyük bölgələri itirdi", qəzet yazıb.

Əlaqəli mövzular

Bu barədə daha geniş